ABŞ dövlət katibi Marko Rubio və Avstraliyanın xarici işlər naziri Penni Vonq Vaşinqtonda görüşərək iki ölkə arasında AUKUS (Avstraliya-Böyük Britaniya-ABŞ hərbi tərəfdaşlığı) çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
“Onlar AUKUS və ikitərəfli müdafiə təşəbbüsləri vasitəsilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək, həmçinin kritik minerallar və qlobal təchizat zəncirinin təhlükəsizliyi sahəsində tərəfdaşlığımızı gücləndirmək səylərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Çərşənbə axşamı Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici əlaqələr qurumlarının rəhbərləri Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində Vaşinqtonda görüşüblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”