25 dekabr 2024 17:42
128

Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib

Rusiya diplomatları təyyarə qəzasından sağ çıxmış həmvətənlərinə kömək göstərmək və məlumatları dəqiqləşdirmək üçün Aktauya ezam olunublar.

“İki sahil” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Rusiyanın Astana və Bakıdakı səfirliyi, Uralskdakı baş konsulluğu Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumlarının nümayəndələri ilə sıx təmasdadır. Diplomatlarımız məlumatların dəqiqləşdirilməsi və sağ qalmış həmvətənlərimizə kömək üçün Aktauya ezam olunub", - M.Zaxarova qeyd edib.