26 dekabr 2024 08:04
108

Malidə Fransa müstəmləkəçiliyinin izləri silinir

Niger və Burkina-Fasonun ardınca Malidə də Fransa müstəmləkəçiliyi dövrünə aid toponimlər dəyişdirilir.

“İki sahil” xəbər verir ki, artıq bu məqsədlə dövlət başçısının 18 dekabr tarixli sərəncamının icrasına başlanılıb. Baş nazir general Abdulaye Mayqa bildirib ki, müstəmləkə dövrünün qalıqlarından qurtulmaq suverenliyin tərkib hissəsidir.

Paytaxt Bamakoda fransız kolonializmi dövründəki idarəçilərin adları məşhur malili personajların adları ilə əvəzlənib. Artıq 25 küçə, bulvar və meydanın adları dəyişdirilib.