26 dekabr 2024 08:33
130

KİV: İsrail mülki vətəndaşları və jurnalistləri hədəf alıb

İsrail ordusu Qəzzada dinc əhali və jurnalistləri növbəti dəfə hədəfə alıb.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, Fələstin Mülki Müdafiə Təşkilatı Zeytun məhəlləsində bir evə edilən hücumda, aralarında uşaqların da olduğu ən azı 5 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edilib ki, Əl-Avda xəstəxanası yaxınlığında baş verənləri izləyən 5 jurnalistin yayım maşınının İsrail hava hücumunun hədəfinə çevrilməsi nəticəsində həlak olublar.

Hər iki hücumda çox sayda insanın yaralandığı deyilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”