25 dekabr 2024 15:43
130

Türkiyə və BƏƏ rəsmiləri Əbu-Dabidə regional vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Məhəmməd bin Zaid əl-Nahyan ilə Əbu-Dabidə görüşüb.

“İki sahil” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Suriya və Qəzza zolağındakı vəziyyət də müzakirə olunub.