05 noyabr 2024 13:42
80

Rusiya ilə KXDR arasında hərbi ittifaq YARADILIR?

Rusiya ilə KXDR arasında strateji tərəfdaşlıq haqqında saziş hərbi ittifaqların yaradılmasını nəzərdə tutmur.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko bildirib.

"Onu da qeyd etmək lazımdır ki, oxşar Qərb razılaşmalarından fərqli olaraq, saziş hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur və üçüncü ölkələr üçün təhlükə yaratmır", - deyə TASS ondan sitat gətirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov KXDR-dən olan həmkarı Çoi Sonq Hui ilə görüşüb. Rusiyalı nazir iki ölkə arasında əlaqələrin görünməmiş yüksək səviyyədə olduğunu bildirib.

Həmçinin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın KXDR ilə imzalanmış tərəfdaşlıq sazişinə sadiq qaldığını bildirib.