Prezident Vladimir Putin xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdim tmə mərasimində diplomatların Rusiya haqqında obyektiv baxışın formalaşmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
"İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, Rusiyanın Ukrayna ilə nəinki danışıqlara hazır olduğunu və danışıqlar apardığını qeyd edib.
O, dəfələrlə bildirib ki, Rusiya nəinki danışıqlara hazırdır, həm də müəyyən mərhələdə - bu münaqişənin lap əvvəlində bu danışıqları aparıb. Hətta Ukrayna tərəfində paraflanan qarşılıqlı məqbul saziş də hazırlanıb. O qeyd edib ki, Ukrayna tərəfi “kənardan məsləhət əsasında” razılaşmadan imtina edib.