05 noyabr 2024 16:21
70

Qazaxıstanın Rusiya ilə sərhədindəki SIXLIĞIN SƏBƏBİ AÇIQLANDI

Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi Atırau vilayətindəki Kurmanqazı keçid məntəqəsində Rusiya ilə sərhəddə yük maşınlarının sıxlığı barədə məlumat yayıb.

İ"ki sahil” “Kommersant”a istinadla xəbər verir ki, buna səbəb Atırau-Həştərxan avtomobil yolunda təmir işləri başa çatdıqdan sonra nəqliyyat vasitələrinin kəskin artması olub. Ümumilikdə 280-ə yaxın yük maşını tıxacda qalıb.

Məntəqənin buraxılış qabiliyyəti sutkada 200 maşındır. Qazaxıstan hakimiyyətinin məlumatına görə, hər gün sərhədə 250-300 avtomobil gəlir. Keçid məntəqəsində mütəxəssislərin sayı 14 nəfərə çatdırılıb.

Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi Telegram kanalında xatırladıb ki, bu bölmədə nəqliyyat vasitələrinin keçidi sentyabrın 9-dan elektron növbə sistemi vasitəsilə həyata keçirilir. Sərhəddən bir gün ərzində keçə bilməyənlər üçün elektron növbənin müddəti bitdiyi üçün informasiya sistemində dəyişiklik edilib. Tutum həddini aşdıqda rezervasiya imkanına məhdudiyyət tətbiq edilib.