05 noyabr 2024 17:39
87

Çin Rusiya ilə KXDR arasında əməkdaşlığa NECƏ BAXIR?

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Çin Rusiyanın KXDR ilə münasibətlərinin bütün aspektlərini “mükəmməl başa düşür”.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, o, bu məsələni oktyabrın sonunda Çinin Koreya yarımadası üzrə xüsusi nümayəndəsi Liu Şiaminqlə müzakirə edib.

“Biz bütün məsələləri, o cümlədən KXDR ilə əməkdaşlığımızı müzakirə etdik. Çinli dostlarımız KXDR ilə münasibətlərimizin bütün aspektlərini mükəmməl başa düşürlər”, - deyə, Rudenko jurnalistlərə bildirib.

Xatırladaq ki, keçən həftə ABŞ-ın dövlət katibi Antoni Blinken Pekinin Moskva ilə Pxenyan arasında yaxınlaşmaya necə təsir göstərə biləcəyi ilə bağlı Çinlə müzakirələr apardığını açıqlayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian daha sonra deyib ki, KXDR və Rusiya müstəqil və suveren ölkələrdir. O qeyd edib ki, Çinin onların əməkdaşlığı barədə məlumatı yoxdur.