Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hakimiyyətinə seçki kampaniyası zamanı mümkün təxribatlarla bağlı xəbərdarlıq edib.
“İki sahil” xəbər verir ki, bu haqda BELTA məlumat yayıb.
“Təxribatlara gəlincə - informasiya, siyasi və digər - bu, mümkündür. Onlar olub, var və olacaqlar. Sakit olmayın”, - deyə, Lukaşenko bildirib.
Belarus prezidenti əlavə edib ki, təhlükəli tendensiyalar yaranarsa, region rəhbərlərinə məlumat veriləcək. Lukaşenkonun fikrincə, müxalifət bu baxımdan “radikal hərəkətlərə” keçə bilər, cavab tədbirləri görməyə hazır olmalıdır.