İran prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29-da iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, İran prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyası (COP29) çərçivəsində bir sıra görüşləri baş tutacaq.
İran nümayəndə heyətinə prezident rəhbərlik edəcək.