04 noyabr 2024 17:07
97

Türkiyə COP29-da üzunmüddətli İqlim Dəyişikliyi Strategiyasına dair qərarlarını açıqlayacaq - Nazir

Türkiyə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 2053-cü ilə qədər üzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ilə bağlı qərarlarını açıqlayacaq.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum deyib.

O bildirib ki, COP29-a kimi bu məsələ ilə bağlı “yol xəritəsi” hazırlanacaq:

“Bu gün COP29 çərçivəsində müzakirələr və təşəbbüslərlə bağlı fikir mübadiləsi aparacağıq. Təqdim edəcəyimiz “yol xəritəsi” və strategiya Türkiyənin qlobal iqlim dəyişikliyi böhranının həllinə ciddi töhfə olacaq”.