Növbəti iki gündə bəzi rayonlara leysan yağacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 5-i gündüzdən 6-sı gündüzədək bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.