21 oktyabr 2024 10:17
78

KİV: Pentaqonun rəhbəri Kiyevə gedib

ABŞ-ın müdafiə naziri Lloyd Ostin elan olunmamış səfərlə Kiyevə gedib.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, Pentaqon rəhbərinin səfərinin məqsədi ABŞ seçkiləri ərəfəsində Ukraynaya dəstəyi nümayiş etdirməkdir.

CNN-in məlumatına görə, Ostin “Ukraynanın silah ehtiyaclarını” müzakirə etmək üçün Ukrayna prezidenti Vladimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə görüşəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”