07 oktyabr 2024 14:34
87

Bu abidə bütün bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edir

Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı.

Azərbaycan xalqı və dövləti öz tarixi irs nümunələrinə daim ehtiramla yanaşır, qorunması və mühafizəsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Təəssüf ki, ölkəmizin bütün ərazilərində hər zaman bu işləri aparmaq mümkün olmadı.

Ermənilər hər zaman məskunlaşdıqları Azərbaycan torpaqlarında vandallıq ediblər. Məqsədləri də bu olub ki, Qarabağ və Şərqi Zəngəzurda erməni izini yaratsınlar. Bütün dünyaya bu torpaqların Azərbaycana aid olmadığını göstərmək istəmişlər. Buna görə bizim bütün mədəniyyət abidələrimizi məhv etməyə çalışıblar. Bildiyimiz kimi, ermənilər Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin də qəbirüstü abidəsini də dağıdıblar.

Onların təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün misilsiz dəyərlərə malik olduğunu nəzərə almadılar. Tarixi, mədəni, dini abidələrin zənginliyi ilə diqqəti cəlb edən Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən bütün abidələr, muzeylər, məscidlər, ziyarətgahlar Ermənistanın işğalı nəticəsində yerləyeksan oldu. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları Ermənistan silahlı qüvvələri tərəfindən hərbi məqsədlər üçün istifadə olundu, qəsdən dağıdıldı. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli irsimizə qarşı vandallıq törədildi.

Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da talandı. Kitabxanalar yandırıldı, misilsiz əlyazma nümunələri məhv edildi. Təcavüzkar ermənilər müqəddəs məbəd və məscidlərimizi təhqir etməyi belə özlərinə rəva gördülər.

Lakin onları bu şovinist fikirlərini heç vaxt reallaşdıra bilmədilər.Azərbaycan Prezidenti İlham Əliyevin şıxıçında dediyi kimi ,“Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi Azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Şəhla Xəlilova,
257 saylı məktəbin müəllimi