06 oktyabr 2024 20:40
87

Göygöldə yol qəzası olub, xəsarət alanlar var

Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, Aşıqlı kəndində iki avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.