06 oktyabr 2024 20:27
104

Yol qəzasında ər və arvad xəsarət alıb

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində baş verib. Belə ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində sərnişinlər Lənkəran rayon Gəgiran kənd sakinləri 1978-ci il təvəllüdlü Şücaət Əsgər oğlu İbadov və həyat yoldaşı 1978-ci il təvəllüdlü Nüşabə Hüseynağa qızı İbadova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Qeyd edək ki, sözügedən kənddə bu gün, gecə saatlarında ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir.

Faktla bağlı araşdırma aparılır.