06 oktyabr 2024 20:32
103

Suraxanıda yanğın baş verib

Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.

“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.