05 oktyabr 2024 22:37
180

Azərbaycanın müstəqil siyasətini qəbul edə bilmirlər - AÇIQLAMA

ABŞ və Fransanın Ermənistanı silahlandırması sülh siyasətidirmi?

Qərb, əsasən də Amerika Birləşmiş Ştatları Azərbaycana daimi ikili standartlarla yanaşıb, zaman- zaman riyakar siyasət həyata keçiriblər. Məlumdur ki, 1992- 1993-cü ilin əvvəllərində Ermənistan Azərbaycan torpaqlarının 20 %- ni işğal etmişdir. Azərbaycanda 1 milyondan çox qaçqın var idi. Bütün bunlarla yanaşı ermənilər işğal etdikləri Azərbaycan şəhərlərini, kənd və qəsəbələrini də viran etmişdilər. Heç bir vaxt nə ABŞ, nə də digər Qərb dövlətləri bunu qınamadılar. Heç vaxt Azərbaycan həqiqətlərini qəbul etmədilər, əksinə hər zaman Ermənistanı dəstəkləyirdi. Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq yardım göstərilmədi, dəstək verilmədi. Azərbaycanın torpaqları işğal olunduğu halda Ermənistan işğalçı dövlət kimi sanksiya tətbiq etmədilər, işğala göz yumdular. Lakin indi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər, bu ölkəyə silah və maddi yardım edirlər. Ukraynanın ərazisinin işğal olunduğunu bəyan edirlər. Azərbaycanın torpaqları işğal olunan zaman harda idilər bəs?

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov "İki sahil"ə açıqlamasında bildirdi.

Deputat bildirdi ki, Azərbaycan işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. İndi nə müşahidə edirik? Başda ABŞ olmaqla Fransa kimi Qərb dövlətləei Ermənistana maddi və silah yardımı etməklə Qafqazda yenidən münaqişə ocağı yaratmaq istəyirlər. Azərbaycanın tarixi Qələbəsindən sonra regionda yeni reallıq yaranıb. Cənubi Qafqazda sülh imkanı yaranıb  Azərbaycan böyük logistik imkanları vasitəsilə yeni imkanlar təqdim edir.  Ölkəmiz yaşıl enerji və digər enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaq baxımından da addımlar atıb. Bütün bu proseslərə rəğmən ABŞ və Fransanın Ermənistanı hücum silahları ilə silahlandırır. Bu, sülh siyasətidirmi? Əsla! ABŞ Cənubi Qafqazı Ermənistan vasitəsilə təsir altına salmaq istəyir. 

Aydın Hüseynov qeyd etdi ki, ABŞ və Qərb riyakar siyasətləri ilə Azərbaycan kimi güclü dövlətin müstəqil siyasətinə təsir edə bilməyəcəklər.

Şəmsiyyə Əliqızı, "İki sahil"