05 oktyabr 2024 20:40
110

Mingəçevirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub

Mingəçevir şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki,  iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Ü.Həsənova, 1956-cı il təvəllüdlü İ.Rzayev, 1995-ci il təvəllüdlü Q.Həsənov və 1980-ci il təvəllüdlü N.Məmmədova xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.