05 oktyabr 2024 18:30
110

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  hadisə Bakl-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini İslamov Elçin Azər oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır.