04 oktyabr 2024 12:13
82

4 oktyabr Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür. 44 günlük Vətən müharibəsində ayağındakı 27 illik istila zənciri ilk qırılan şəhər Cəbrayıl idi.  Azərbaycan ordusu mürəkkəb əməliyyat planını yerinə yetirərək güclü istehkamları yardı, şəhəri uzun döyüşlərdən sonra düşməndən geri almağı bacardı. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına axşam saatlarında verdiyi Cəbrayıl müjdəsi böyük coşqu ilə qarşılandı.

Bəşəriyyət tarixində böyük qalaların, strateji əhəmiyyətli şəhərlərin azad olunması necə hadisəyə çevrilib təqvimə və ictimai yaddaşlara əbədilik köçübsə, Qarabağın işğal altındakı şəhərlərinin, həmçinin Cəbrayılın da geri alınması bizim üçün eyni məna və əhəmiyyəti ifadə edib. “Cəbrayıl azaddır!”-nidasını biz müqəddəs işimizin möhtəşəm sonluğu kimi qürurla yaşadıq. Bu tarixi gün əbədiləşdirildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi və 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olundu.

5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi.

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

 Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar müəyyən olunub.

Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. 27 ildən sonra yaranmış fürsət-ermənilərin yeni ərazi iddialarına, hücumlarına qətiyyətli və son cavab olaraq başlayan Vətən müharibəsi bütün torpaqlarımız, həmçinin Cəbrayıl üçün azadlıq vəd edirdi.

 Beləliklə, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri düşməndən təmizləndi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində, ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Böyük qəhrəmanlıq və fədakarlıq tələb edən Cəbrayıl əməliyyatının uğurla nəticələnməsi vacib idi. Ona görə ki, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsinə geniş imkanlar yaranırdı. Bundan sonra Zəngilan, Qubadlı və Laçın rayonuna girmək, düşmənin şər yuvasını dağıtmaq, zəhərli başını əzmək üçün yol açılırdı. Belə də oldu. Cəbrayıldan sonra bu rayonlar ardıcıllıqla geri alındı, ən önəmlisi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Qələbədən sonra silahlar susdu, onların yerinə kənd təsərrüfatı texnikası, sənaye maşınları keçdi, çünki dövlət gecikmədən, viran qoyulmuş Cəbrayıl üçün abadlaşmaya qərar vermişdi. 

 Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə  bayrağımızın tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri Cəbrayılılara rahat gələcək, firavan həyat bəxş edəcəkdir. Bütün bunlar hər bir azərbaycanlıda haqlı qürur, minnətdarlıq və sevinc hissi doğurur! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının üzvü