KÖŞƏ

Vəli İlyasov

Alen Simonyan, sən türkün qarşısında kimsən ki?

04 oktyabr 2024 00:27
1234

Mənasız laflarla Qərbi Azərbaycana qayıdışa heç kim mane ola bilməz

Reallıq budur ki, nə baş nazir Nikol Paşinyan, nə də türklərə patoloji nifrət edən digər daşnaklar öz xoşlarına bir nəfər azərbaycanlının belə öz yurduna dönməsinə imkan verməzlər. Bunu onların iki yüz illik “təcrübələri” də təsdiq edir. 2020-ci ilin payızında başlarına dəyən "dəmir yumruq"dan sonra buna zorən sözdə razılıq versələr də əməllərini dəyişmir, azərbaycanlı qaçqınların öz evlərinə dönməsünə süni əngəllər yaratmağa cəhd edirlər. “Əngəl ustaları”ndan biri, Ermənistan parlamentinin sədri Alen Simonyan Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı barədə danışarkən öz dayaz düşüncəsini və bəşəri hisslərdən uzaq olduğunu bir daha nümayiş etdirib. Onun qudurğan və pozucu hərəkətləri Azərbaycanda qəzəblə qarşılanıb.

"Biz Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik."

 Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. Bəyanatda daha sonra deyilir: “Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün "insan hüquqları" arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.

Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.

Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”.

Şərləmək, ara qarışdırmaq, qan tökmək- hayların xəmiri belə yoğrulub. İki yüz il əvvəl necə idilərsə eləcə də qalıblar, insanlığa, ədalətə, inkişafa doğru bircə addım da atmayıblar. Simonyan öz sərsəmləməsində qeyd edir ki, azərbaycanlılar Altaydan gəlmədir. Ancaq özlərinin Himalay dağlarından Hindistana gəlmələrini, oradan da xərçəng xəstəliyi kimi bütün dünyaya səpələndiklərini yada salmır. Əsil-köklərinin Hindistan qaraçıları olduğunu gizlətməyə çalışır. Ancaq digər ölkələrdə məskən salmış qaraçıların bunlardan bir çox üstün cəhətləri var. Onlar namuslarını qoruyur, halal əməklə məşğul olur, kiminsə torpağını işğal etmək barədə qətiyyən düşünmürlər. Lakin hayların markası bellərindədir. Başqalarını şərləmək, namussuzluq və özgəsinin torpağına göz dikmək isə dediyimiz kimi bunların qanındadır. Odur ki, abır-həya etmədən torpağımızda oturub özlərini  Qafqazın aborigen xalqlarından biri kimi qələmə verməkdən utanmırlar. Qudurasan qurbağa! Bu sərsəmləməyə kim inanar? Özlərinə nə qədər saxta tarix düzəltsələr də ruslar, amerikanlar, ingilislər, fransızlar və digərləri Qafqaza kimin nə vaxt və haradan gəldiyini yaxşı bilirlər. Qədim alban monastrlarını və kilsələrini özlərininki kimi qələmə verməklə yalnız özünü ifşa etmək olar. “Özlərininki” dedikləri həmin abidələrdəki daş kitabələri və yazıları oxuya bilmədikləri halda özlərini bu abidələrin əsl sahibləri olan alban-udi icmasının qarşısında biabır edirlər. İcmanın nümayəndələri hər il öz abidələrini ziyarət edir, dini ritualları yerinə yetirir və qədim ənənələrini yaşadırlar.

Odur ki, dəlilsiz-faktsız danışan parlament sədrinin iddiaları sərsəmləmədən uzağa getmir. O, bəlkə də əsl həqiqətləri etiraf etmiş olsaydı səmimi qəbul olunardı. Ancaq o, “erməni xəstəliyi”ndən əziyyət çəkən ali rütbəli haydır, boynuna ilan dolasalar da tarixi həqiqətləri etiraf etməz.   Əgər baş nazirdən sonra hökumətin ikinci şəxsi sayılan Alen Simonyan bu ağıldadırsa, görün savadsız, dünyagörüşsüz, burnunun ucundan uzağı görməyən kütbeyin haylar nə gündədir. Ancaq unutmamalıdırlar ki, sülh əldə edilənədək “Dəmir yumruq” başlarının üstündə “damokl qılıncı” kimi asılı qalacaqdır. Bu dəfə Azərbaycan Ordusuna 44 gün deyil, Ermənistanı darmadağın etmək üçün cəmi 5 saat lazımdır. Bunu biz yox, özlərinin yüksək çinli dostları deyiblər.