KÖŞƏ

Vəli İlyasov

Daş altında yatan ilanlar…

22 noyabr 2025 01:58
98

Neçə vaxtdır bunlardan səs çıxmırdı, sakitlik idi. Fransa ilə Azərbaycan arasındakı sərt münasibətlər bir qədər yumşaldılmışdı. Sən demə bu, sadəcə bir aldadıcı gözlənti imiş, ilanın daş altında yatması kimi. Ancaq yenə başlayıblar…

Noyabrın 18-də 40 fransız-erməni təşkilatı Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarının 2-ci ildönümü münasibətilə “artsax xalqının geri qaytarılması və digər fundamental hüquqlarını” dəstəkləyən birgə bəyanat yayıb. Orada iddia olunur ki, 2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi “məcburi köçkün artsax ermənilərinin Azərbaycana təhlükəsiz və maneəsiz qayıtmasını təmin etməyi tapşırıb”. 
Açıq görünür ki, qırxlıq təşkilatına üzv olanlar mövcud olmayan və heç olmamış bir xalqdan dəm vurmaqla özlərini ifşa edirlər.

Bəyanatda, həmçinin deyilir ki, guya “cinayətkar blokada və hərbi hücum nəticəsində öz torpaqlarından qoparılan son 120 min artsax ermənisi evlərindən və mülklərindən məhrum şəkildə yaşamağa davam edir: "Həmçinin beynəlxalq strukturların sükutu fonunda onların kilsələri murdarlanır, qəbiristanlıqları dağıdılır, 2 minillik varlığının izləri ardıcıl olaraq silinir. Bu qırğın siyasəti bütöv bir xalqın tarixi yaddaşını inkar etmək məqsədi daşıyır", - deyə reallıqları baş-ayaq təqdim edən revanşistlər həyasızcasına bildirir, Azərbaycana böhtan atırlar. Ancaq “gönü suya verəndən sonra” həyasızlıq etməklə daha heç nəyə nail ola bilməzlər. Yəni geriyə qalan uşaq nağıllarıdır.

Belə görünür ki, dünyanın iki məşhur yalançı fahişələri bir-birlərini düz tapıblar. Əvvəla, Qarabağdan 30-40 min civarında erməni könüllü surətdə köçüb. Ona görə köçüblər ki, azərbaycanlılara işgəncə verilməsində, vəhşi üsullarla öldürülməsində, əmlaklarının talan olunmasında iştirak ediblər. Qalmağa üzləri olmayıb. Onların da ata-babaları rus çarları və bolşevik hakimiyyətinin köməyi ilə Azərbaycan ərazilərinə İrandan və Türkiyədən köçürülüb gətiriliblər. Bu faktı tarixdən azca xəbəri olanlar bilirlər. 2 min illik tarix isə uydurma bir şeydir. Faktsız, dəlilsiz, sübutsuz boş danışıqlara indi kimi  inandırmaq olar?

 İrsiz-həyasız erməni-fransız qırxlığı qoy desin, hansı erməni kilsəsi təhqir olunub? Ancaq bizim əlimizdə çox sayda faktlar var. Şuşa şəhərindəki məscidlərimizdə mal-qara saxlayan ermənilər digər bölgələrdəki pirlərimizi, məscidlərimizi-yerlə yeksan edərək qəbiristanlarımızı yer üzündən silmişlər. İndi geriyə, öz yurdlarına qayıdan qarabağlılar əzizlərinin məzarlarını tapa bilmirlər. Bizim hay kilsələrini dağıtmaq fikrimiz olsaydı Bakıda ucalan erməni kilsəsinə hər gün tüpürər, uçurdub yer üzündən silərdik. Amma biz nə başkəsən fransız, nə də barbar erməniyik. Şərəfimizi, mentalitetimizi, insanlığımızı hər şeydən üstün tuturuq.

Bəyanatda habelə absurdcasına ermənilərin qayıdışı və təzminat ilkin şərt-tələb olaraq irəli sürülür. İşə bax, kim kimdən təzminat istəyir. Bu, həyasızlığın ən iyrənc formasıdır. Bütün dünya bilir ki, Ermənistan işğal etdiyi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini vəhşiliklə talayaraq daşıyıb aparıblar, ərazimizdə “yanmış torpaq” siyasəti yeridiblər. Buna görə Ermənistan dövləti Azərbaycana böyük məbləğdə təzminat ödəməlidir. Halbuki Azərbaycanla Ermənistan sülh prosesini inkişaf etdirir, baş nazir Nikol Paşinyan ermənilərin Qarabağa qayıdışının əleyhinədir, hətta bunu təhlükəli sayır, üstəgəl, onların əksəriyyəti Ermənistan vətəndaşlığını qəbul edib, bəziləri isə oradan xarici ölkələrə köçüblər, çünki həmişə köçkün və avara həyat sürüblər. 

Bəs belədə niyə bu fransız-erməni qırxlığı yaxasını cırıb bar-bar bağırır? Makron hakimiyyətinin bu bəyanatda rolu varmı? Hərçənd hazırda Bakı-Paris əlaqələri normallaşmış kimi görünür. Üstəlik, ermənilərin Qarabağa köçürülməsinin maksimum 200 “yaşı” olar. Nə vaxtdan onlar bu bölgədə iki min il yaşamış oldular?

Amma haylar yaddaşlarında yaxşı saxlasınlar: Tarixən onları qızışdırıb türklərlə savaşa təhrik edənlər heç də axıradək onların arxasında durmayıblar. Yenə də durmazlar. Haylar üçün nə qədər acı olsa da 2020-ci ili daim xatırlamalıdırlar.  Bilməlidirlər ki, hər şey yenə öz yerində, “dəmir yumruq” da başlarının üstündədir.

Təəccüblü orasıdır ki, məlun bəyanatdan Fransa prezidenti Emmanuel Makronun xəbəri və ya icazəsi varmı, yoxmu? Bəyəm avqustun 8-də prezident Makron Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin razılaşdırılmasını alqışlamamışdımı? İndi onun ölkəsində bu nə hoqqadır çıxarırlar? Ola bilər ki, Makronun bu məsələdən xəbəri olmasın. Çünki son vaxtlarda prezidentin başı daxili sabitliyi stabilləşdirməyə, əhalini sakitləşdirməyə qarışıb. Yəqin vaxt tapan kimi fransız-erməni qırxlığının çıxardığı yeni hoqqaya öz münasibətini bildirəcək. Başqa cür ola bilməz, çünki belə axmaq təxribat dövlətlərarası münasibətləri yenidən korlaya bilər. Beynəlxalq aləmdə imici xeyli aşağı düşmüş, Afrika ölkələri ilə qarşıdurma vəziyyətinə çatmış prezident Emmanuel Makrona və Fransaya bu lazımdırmı?