02 oktyabr 2024 15:49
102

Azərbaycan adlanan məğrur əsərin memarı olan dahi LİDER

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı çox azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.

Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsirlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanılması, bu dəyərlərin ümumbəşəri ideyalarla  daha da zənginləşdirilməsi, ilk Milli Konsitutsiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin xidmətləri öz miqyası və əhəmiyyəti etibari ilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb.

Dahi şəxsiyyət Heydər Əliev  Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın Sədri seçilib.1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

Heydər Əliyevin Prezidentliyi dövründə ölkəmizdə sabitlik təmin olundu, inkişaf üçün möhkəm təməllər yaradıldı.  1994-cü ildən əsası qoyulan neft strategiyası ölkəmzin inkişafında müstəsna rol oynadı.  Dünya bazarına neft-qaz məhsullarının çıxarışı məhz iriçaplı beynəlxalq tranzit layihələr hesabına baş verdi. Azərbaycana iri dövlətlərin sərmayəsi, şirkətlərinin açılışı həmçinin müxtəlif beynəlxalq səviyyəli konfransların hərəkətverici qüvvəsi kimi fəaliyyəti onu beynəlxalq aləmdə təklənməkdən və kifayət qədər tanınmasında mühim rol oynadı.  Müstəqillik qazanıldıqdan sonra əsas məsələ bütün dünya azərbaycanlılarının milli hüquqlarının qorunmasıvə təmin edilməsi üçün geniş imkanlar açılmışdı. 2001-ci ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı toplandı. Bu qurultay dünyanın dörd bir yanına səpələnmiş azərbaycanlıların bir araya gəlməsində, mövcud problemlərin həllində atılan ilk addım idi.

“Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” bu şüar Heydər Əliyev tərəfindən Azərbaycanın parlaq gələcəyi üçün atılmış və hamı tərəfindən tanınan imzalarından biridir. Bəli məhz imza. Sənədə çəkilməmiş bir imza. Ulu Öndərimizin hər bir çıxışı tarixə, xalqımızın yaddaşına imza kimi atıldı. Heydər Əliyev uşaqlıqda arzuladığı kimi memar deyil  Azərbaycan adlanan məğrur əsərin memarı oldu.

Yeganə Məmmədova,
YAP Xətai rayon təşkilatının əməkdaşı