30 sentyabr 2024 15:24
79

“Hizbullah” yeni liderin təyinatını təsdiqləməyib

“Hizbullah” baş katib Həsən Nəsrullahın ölümündən sonra kadr təyinatları ilə bağlı yayılan xəbərlərin heç bir əhəmiyyəti olmadığını bildirib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bəzi media orqanları yeni baş katib vəzifəsinə Haşim Səfiəddinin seçildiyini yazıb.

“Baş katibin ölümündən sonra “Hizbullah”ın rəhbərliyində baş verən təşkilati proseslərlə bağlı bəzi KİV-lər tərəfindən yayılan məlumatlarla əlaqədar bildiririk ki, bu xəbərlərin heç bir əhəmiyyəti yoxdur və “Hizbullah” rəhbərliyi açıqlama verənə qədər onlara etibar etmək olmaz. Bununla bağlı rəsmi açıqlama veriləcək”, - deyə hərəkatın Telegram kanalında yayılmış məlumatda bildirilir.