30 sentyabr 2024 15:46
97

Moldovada prezident seçkiləri ilə əlaqədar Azərbaycanda bir seçki məntəqəsi açılacaq

Moldovada oktyabrın 20-də keçiriləcək prezident seçkiləri və konstitusiya referendumu (ölkənin Aİ-yə daxil olması ilə bağlı) ilə əlaqədar Azərbaycan ərazisində bir seçki məntəqəsinin açılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası (MSK) bununla bağlı müvafiq qərar qəbul edib.

MSK-nın qərarına əsasən, prezident seçkiləri və referendumla əlaqədar 37 ölkədə 231 seçki məntəqəsi yaradılacaq. Seçki məntəqələrinin böyük hissəsi, yəni 60-ı İtaliyada açılacaq.