30 sentyabr 2024 16:06
91

ABŞ Zelenskinin “qələbə planı"nı bəyənməyib - “The Wall Street Journal”

Vladimir Zelenski ABŞ-a səfəri zamanı planlarının həyata keçirilməsinə nail ola bilmədi.

“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Materialın müəllifləri bildirirlər ki, Amerika hakimiyyəti Zelenskinin “qələbə planı"nı bəyənməyib, çünki onlar mümkün eskalasiyadan narahatdırlar.

Jurnalistlərin sözlərinə görə, Zelenski ABŞ-da “soyuq” qəbul edilib.

Bundan əvvəl Zelenskinin ofisinin rəhbəri Yermak ABŞ-a səfəri çox çətin adlandırmışdı.