Şərqi Liviyanın hakimiyyət orqanları digər ölkələrlə əlaqələri inkişaf etdirmək strategiyası kontekstində BRİKS-ə qoşulmaq məsələsini nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti-yə Şərqi Liviya hökumətinin xarici işlər naziri Əbd əl-Hadi əl-Huveyc bildirib.
Agentliklə söhbətində o, BRİKS-i mühüm iqtisadi blok adlandırıb.
"Mən Liviyanın BRİKS-ə qoşulmasını dəstəkləyənlərdənəm"- deyə Abd əl-Hadi əl-Huveyc bildirib.
Bundan əvvəl Honduras BRİKS Yeni İnkişaf Bankına qoşulmaq üçün müraciət edib.