27 sentyabr 2024 16:51
131

Cəbrayıl Vətən müharibəsində ilk qələbələrimizin qazanıldığı doğma şəhərdi

 Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür.

2020-ci ilin oktyabrın 40- də Prezident, Ali Baş Komandan İlham Əliyev tarixi Qələbə tvitlərindən birini atdı: «Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!». Beləliklə də Cəbrayıl Vətən müharibəsinin ilk azad edilən şəhəri oldu. Rayon 27 illik işğaldan sonra rəşadətli əsgər və zabitlərimizin canı-qanı bahasına azadlığa qovuşdu. İrəlidəisə  yeni Qələbə soraqlı günlər vardı.

Ali Baş Komandan 2020-ci ilin 4 oktyabrında xalqa müraciətində bu tarixi hadisənin xüsusi əhəmiyyətini vurğuladı: «Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir...».

2020-ci il sentyabrın 27-də başlanan Vətən torpağı uğrunda müqəddəs savaşda hər gün qəhrəmanlıq dastanının səhifələri yazılırdı. Cəbrayılın işğaldan azad edilməsi böyük Zəfərin başlanğıcı idi. Ali Baş Komandan: «Biz bu günlər xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq, tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar... Biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq...».deyirdi.

Yağı tapdağından qurtuluşun dördüncü ildönümünü yaşayan torpaqlara artıq həyat, quruculuq, abadlıq, ən əsası isə, bu torpaqların sakinləri qayıdır... Elə bu ilin sentyabrın 26-da 36 keçmiş məcburi köçkün ailəsi Cəbrayıla qayıtdılar.

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

Bu gün xalqımızın şevincli günlərindən biridir . Çünki həmin günü  qanı və canı bahasına tarix yazan şəhidlərimizi bir daha rəhmət və minnətdarlıqla anır, qəhrəman qazilərimizlə sonsuz qürur duyuruq.  

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri