23 sentyabr 2024 00:35
86

IOM-un baş direktoru: Azərbaycan COP çərçivəsində tərəflərin müəyyənləşdirilməsində əsas tərəfdaşdır

“Biz görürük ki, iqlim xüsusilə çox həssas olan, dayanıqlılığı olmayan cəmiyyətlərə ciddi təsir göstərir”.

"İki sahil" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Pop deyib. O bildirib ki, iqlim dəyişmələri bir tərəfdən insanları evlərindən çıxara və daha sonra qıt resurslar üzərində münaqişələrə sövq edə bilər, digər tərəfdən məcburi köçkün olmuş icmaları bir sıra sarsıntılara qarşı daha həssas edə bilər. Emi Pop bildirib ki, bununla da qeyri-sabitlik icmalar arasında daha böyük münaqişələrə səbəb ola bilər. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru qeyd edib ki, məqsəd bu əlaqəni qurmaq və dövlətlərin sülh və təhlükəsizlik məsələsi ilə iqlim dəyişikliyi arasındakı xətləri birləşdirməsinə əmin olmaqdır. “Azərbaycan COP çərçivəsində tərəflərin müəyyənləşdirilməsində əsas tərəfdaşdır. Bu, real dəyişiklik yaratmaq üçün dövlətlərdən, banklarlardan, özəl sektordan ciddi maliyyə və konkret fəaliyyət tələb edir”,- deyə baş direktor bildirib.