KÖŞƏ

Vəli İlyasov

Ara, etnik təmizləməni kim edib?

21 sentyabr 2024 00:22
76

Bu suala erməni kimi yox, adam kimi cavab verin

Yer kürəsində haylardan şərəfsiz, həyasız və yalançı millət yoxdur. Bunlar o qədər iyrənc və alçaqdırlar ki, heç kəslə müqayisə oluna bilməzlər. Bunu biz yox, vaxtilə dünyanın ən məşhur alimləri, dövlət və ictimai xadimləri, şair və yazıçıları deyib. Bizim isə sözümüz hamıdan çoxdur. Çünki Rusiya imperiyasının zəbt etdiyi ərazimizdə bunlar 106 il əvvəl dövlət qurublar. Ancaq 1829-cu ildən işğalçılarla birgə yaşamağa məhkum edilmişik.

Ayaqları Azərbaycan torpaqlarına dəyən gündən etnik təmizləmə ilə məşğul olanlar heç utanıb-qızarmadan öz adlarını bizə qoymağa cəhd edirlər. Təkcə 1918-ci ildə erməni quldur dəstələri Bakıda və bölgələrdə 300 000 nəfərə qədər azərbaycanlını soyqırımına məruz qoydular. 1905-1907,  1937-53-cü illərdəki qətlləri də üstünə gəlsək bu rəqəm 400 mini keçər. Heç bir millət və ya ölkə bizə bu qədər qəddar düşmən olmayıb. Haylar sözün əsl mənasında qanımıza susayıblar. 1988-ci ildə Moskvanın işğal planı, şəxsən SSRİ prezidenti, gorbagor Mixail Qorbaçovun himayədarlığı ilə haylar yenidən həmin çirkin əməllərini davam etdirdilər. Qərbi Azərbaycan adlandırdığımız ərazilərimizdə yaşayan soydaşlarımızı silahlı yolla sıxışdıraraq axırıncı nəfərinədək doğma yurdlarından didərgin saldılar. Bu gün Azərbaycanda 30 mindən artıq erməni yaşamasına baxmayaraq Ermənistanda bir nəfər də olsa azərbaycanlı yaşamır. Amma görün qaniçən quldurlar barəmizdə hansı sərsəmləməni yayırlar.

"Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək ölkəmizin Qarabağ iqtisadi rayonundan tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycanın suverenliyinin və Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinin Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir."

 Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin 19 sentyabr tarixli bəyanatını şərh edərkən bildirib.

Şərhdə qeyd edilib ki, sülhpərvər ölkə olduğunu iddia etməsinə baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın “Dağlıq-Qarabağ” kimi qondarma adlarla çağırılması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizliyin bariz nümunəsidir: "Ötən ilin 19-20 sentyabr tarixləri arasında Silahlı Qüvvələrimiz tərəfindən cəmi 24 saatdan az bir müddətdə öz suveren ərazilərimizdə aparılan antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib. Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir."

Ermənistanın 2020-ci il İkinci Qarabağ müharibəsində uğradığı məğlubiyyətə və qəbul etdiyi öhdəliklərə baxmayaraq və 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində öhdəliklərinə zidd şəkildə, nəinki öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta onun ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürdüyü məlum idi. Azərbaycana qarşı mina terrorunu davam etdirən Ermənistan zaman keçdikcə onun daha geniş vüsət almasına rəvac verirdi. Ermənistan rəsmiləri hər vəchlə ərazilərimizdə saxladıqları qondarma rejimin təbliğatını apardılar Hayastanın baş naziri Nikol Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “müstəqillik”lə bağlı separatçı rejimə təbrik məktubu da göndərmişdi.

Şərhdə o da bildirilib ki, Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan Ermənistanın heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması əsas şərtlərdən olub:

"2023-cü il sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşının həlak olması isə Azərbaycanın səbir kasasının daşmasına səbəb oldu və antiterror tədbirlərini qaçılmaz etdi. Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər. Bu onların azad seçimi idi və bunu “etnik təmizləmə” kimi qələmə vermək, işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıları kütləvi şəkildə qovan, soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın riyakarlığını nümayiş etdirir".

Əslində ermənilərin Qarabağdan köçmələrinin bir səbəbi vardı. Onların əksəri Birinci və İkinci Qarabağ müharibələrində hərbi əməliyyatlarda iştirak etmiş, əlləri günahsız azərbaycanlıların qanına batmışdı. Bir çoxları azərbaycanlıların qətllərinə və işgəncələrinə orada at oynadan saqqallı başkəsənlər tərəfindən təhrik edilmişdilər. Zori Balayan, Vaqif Xaçaturyan, Vitali Balasanyan, Samvel Babayan, Suren Ohanyan və bir çox başqaları dinc erməniləri "əliniz türk qanına batmasa kişi deyilsiniz" deyə bu bəşəri cinayətə təhrik etmişdilər. Bu əməllərinə görə cavab verməkdən yayınmaq üçün də köçüb getdilər. Amma kim ki, günahkar deyil hazırda Xankəndidə işləyir və öz evində yaşayır, heç kəs onları incitmir.

Ayxan Hacızadə diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə yekun sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb: "Bu baxımdan Azərbaycanın regionumuzun təhlükəsizliyi və tərəqqisi naminə sülh prosesinin təşəbbüskarı olduğu və bu istiqamətdə həqiqi səylər göstərdiyi məqamda Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların qalması qəbuledilməzdir və Ermənistan tərəfindən tarixi sülh fürsətinin əldən verilməməsi üçün sözügedən iddiaların aradan qaldırılması istiqamətində tezliklə lazımi adekvat addımların atılması zəruridir."

Növbə Ermənistanındır. Adekvat addımlar atacaqmı? Ağıllı cavab gözləyirik. Hərçənd ki, bunlar özlərinə olan inamı tamamilə itiriblər. Ancaq burada söhbət artıq Ermənistanın gələcək taleyindən gedir. Seçim haylarındır...