24 avqust 2024 09:45
368

Müasir Azərbaycan politologiyasında Heydər Əliyev irsi

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və AMEA-nin Qadınlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın təzəcə nəşr olunmuş “Heydər Əliyev irsi” adlı kitabı müəllifin müxtəlif vaxtlarda cari mətbuatda çap olunmuş elmi-siyasi, məqalələrinin toplusudur. Nəfis tərtibatla nəşr olunmuş bu kitab Azərbaycanın Ümummilli Lideri, Azərbaycan dövlətçilik institutunun görkəmli siyasi xadimi Heydər Əliyevin ölkəmizin suverenliyi, çoxşaxəli və çoxistiqamətli inkişaf və tərəqqi strategiyasının təməlini qoymuş, onu yüksəklərə qaldırmış, böyük bir düha sahibi olan Ulu Öndərimizin  mənalı həyat və  zəngin siyasi fəaliyyətinin bir qisminə həsr olunmuşdur.

Kitabı oxuduqca hiss olunur ki, müəllif Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətindəki aliliyi, habelə öz qələminin   bütün vacib, gərəkli vasitələrindən bacarıqla istifadə etməklə  qarşısına qoyduğu  məqsədə çatmaq naminə səfərbər etdiyi amillərə kifayət qədər bacarıqla  nail olmuşdur. Kitabın mündəricatında göstərildiyi kimi əsər Azərbaycan  cəmiyyətinin siyasət nümayəndələri, elmi  tədqiqatçıları, tələblələr, həmçinin geniş oxucu kütləsi  üçün nəzərdə tutulmuşdur.

Müəllif   Zərifə Quliyeva əsərin birinci  fəslində Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrü, - həm sovet zamanlarını, həm də müstəqillik dövrümüzün tarixi çətinliklərini, gerçəkliklərini və uğurlarını ictimai-siyasi kontekstdə qismən əhatə etməyin anonsunu vermişdir. “Qismən” sözünü ona görə işlədirəm ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz və əbədi izlər qoyan, - “Mənim həyatımın məqsədi Azərbaycandır! Azərbaycan xalqıdır, Azərbaycan Respublikası və Azərbaycan vətəndaşıdır” deyən dahi Şəxsiyyətin ucsuz-bucaqsız quruculuq, xilaskarlıq, dövlətçilik fəaliyyəti bir kitaba, bir əsərə sığmazdır. Müəllif, tanınmış ziyalı xanım, ictimai-siyasi xadim olan Zərifə Quliyeva bu kitabında bütün həyatı, ömrü-günü ilə Azərbaycan dövlətinə və Azərbaycan xalqına bağlı olan bir qüdrətli dövlət xadiminin - Heydər Əliyevin böyük, ümman fəaliyyətinin bir damlasını əhatə etmişdir. Əsərdə 1969-1982-ci illərdə Azərbaycan Respublikasında kənd təsərrüfatında, sənayedə, tikintidə, elm, mədəniyyət, təhsil, səhiyyə sahələrində  qazanılan  misilsiz uğurların, inkişafın, tərəqqinin böyük göstəricilərini faktlarla sadalamışdır. “Heydər Əliyev və Yeni Azərbaycan” bölümündə  müasir  müstəqil, Azərbaycanda demokratiyanın təməlini qoyan görkəmli partiya və dövlət xadimi olan Ulu Öndərin  yaratdığı Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətindəki böyük rolu, geniş və əhatəli təhlil edilir. Məşhur “91-lər”in tarixi müraciəti əsasında Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi ilə Azərbaycanı böyük bəlalardan qurtaran  Böyük Qayıdış baş tutdu. Əsərdə göstərilir ki, Ümummili Liderimiz   Naxçıvandan Bakıya yüksək vəzifəyə gələnə qədər ölkədaxili bütün sahələrdə hərc-mərclik baş alıb gedirdi. Demokratik dəyərlərin təşəkkülü yolunda heç bir iş görülmürdü. O zaman  bütün milli-mənəvi dəyərlər - Vətən sevgisi fəlsəfəsi həm də  milli əxlaqi fəlsəfəsi  artıq ucurum qarşısında idi. AXC-  Müsavat cütlüyu  dağıtmaq  məhv etmək yolunda  elə bil bir- biri ilə bəhsə girmişdi. Bütün bunlara züy tutan   o zamankı bir çox başıpozuqlar Cənubda qondarma “Talış-Muğan respublikası”, Şimalda isə  “Sadval”çılar “Ləzgistan”yaratmaq eşqi ilə  calışırdılar.  Gəncəbasarda  nankor polkovnik  Surət Hüseynovun başçılıq etdiyi silahlı qiyamçıların üzdəniraq əməlləri ölkəmizin müstəqilliyinə, ən əsası ərazi bütövlüyünə ciddi təhlükə yaratmışdı. Belə bir ağır məqamda xalqın inadlı tələbi, Vətənin kövrək çağırışları ilə sinəsini irəli verən   müdrik dövlət xadimi  Heydər Əliyev gərgin situasiyaların qarşısını almaq, ölkəni dərin xaosdan xilas etmək üçün  cəsarət və xilaskarlıq qiyafəsində ölkəmizin üfüqlərində  Günəş kimi parladı!

Xalqın qəlbində, millətin gözləri önündə böyük bir  xilaskar rəhbər obrazı   yarandı. Müstəqil Azərbaycan dövləti təşəkkül tapmağa başladı. Böyük dövlətçilik dühasına sahib olan Ulu Öndər Heydər Əliyev tarixi ənənə, mədəniyyət, hüquq və başqa dəyərlərin   daşıyıcısı olan dövlət quruculuğu fəlsəfəsi əsasında mütərəqqi ideyalarının öncül dayaqları üzərində  intellekt, dərin zəka, müdrik uzaqgörənliklə çalışmağa başladı. Burada böyük rus alimi E.A.Berdayevin sözləri ilə desək  həqiqət, düzgünlük...Və həqiqət ədalətlə birləşərək yüksək əxlaqi dəyər yaradır ki, bu dəyər də məhz xalqa, Vətənə məhəbbət sayılır.  Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji dərin məna və işıqlı mahiyyət kəsb edən böyük həm iqtisadi, həm siyasi qələbəsi bir birin ardınca düzülməyə başladı.  

“Heydər Əliyev irsi”  adlı elmi-publisistik, siyasi stixiyalarla zəngin bu kitabda sadaladığım məsələlər beləcə ciddi faktlarla və inandırıcı şəkildə şərh edilir: “Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində Azadlıq, Demokratiya, İqtisadi tərəqqi, Sosial ədalət və Rifah durur.” Müəllifin elmi-nəzəri qənaətincə, öz xalqının etnoqrafiyasını dərindən və mükəmməl bilən, onu bütün siyasi və dövlətçilik boyu qoruyan, yaşadan, inkişaf etdirən Ulu Öndər Heydər Əluiyev haqlı olaraq qeyd edirdi: “Mən bu gün bir daha o anları, o dəqiqələri, o saatları, o gərgin gecəni oktyabrın o işıqlı günəş şüaları ilə işıqlanmış Bakını yadıma salıram. O zaman həmin indiki xalq mənim səsimə səs verdi”. Kitabda sitat kimi göstərilən bu sadə, lakin dərin mənalı sözlərdə işıqlı və mürəkkəb fəlsəfi dövlətçilik personalizm dəyərləri özünü bariz şəkildə göstərməkdədir. Xalqına arxalanan, Vətənin övladlarına qəlbən inanan əbədi rəhbər Heydər .Əliyev- “Mən bir daha   o anları, o dəqiqələri, o satları, o gərgin gecəni, oktyabrın o işıqlı  Günəş şüaları ilə işıqlanmış Bakını yadına salıram.” Məhz o işıqlı Bakı “Heydər Əliyev irisi” kitabında “öz taleyini xalqına tapşıran” bir Ulu Rəhbərin aristokratik dəyərlərlə dolu fəlsəfi, həm də poetik düşüncələridir. Deməli, Vətənimizin, xalqımızın müqəddaratını, bugününü, gələcəyini,  “an-an, dəqiqə-dəqiqə, saat-saat” düşünən  Azərbaycanın müstəqilliyini hər bir nəsnələrdən uca tutan  Böyük  Şəxsiyyət Azərbaycanın müstəqilliyini möhkəmləndirilməsinə müdrik intuisiya pillələrindən baxırdı. Bütün bunlar   “Heydər Əliyev irsi” kitabının “Milli qurtuluşdan zəfərə doğru” bölümündə daha orjinal üslubda  öz əksini tapmışdır:- “Azərbaycan böyük təhlükə qarısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxili qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi strateji əhəmiyyətə, zəngin təbiətə malik olan ölkənin tam müstəqil olması bəzi başqa ölkələrdən kimlərisə qane etmirdi”.

Böyük dövlətçilik təcrübəsi və əbədiyaşar əməlləri ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçilik institutunu formalaşdıran Heydər Əliyev dövrün ictimai-siyasi konyukturasından obrazlı şəkildə qaynaqlanıb gələcəyi ümidlərlə hədəf seçən nəhəng fəaliyyəti ilə sonradan dili özündən iki dəfə uzun olan bəzi üzdəniraq buqəlamunların arzusunu gözlərində qoydu.. Ümummilli Liderimizin ölkəmizi, xalqımızı dünyanın inkişaf etmiş xalqları səviyyəsinə qaldıraraq təkcə daxili düşmənləri yox, xarici bədniyyətləri, mənfur qonşuları da məyus etdi. “Heydər Əliyev irsi” adlı kitabda “Yeniləşən Azərbaycan modeli” bölümü öz siyasi-publisistikası analogiyası baxımından daha ekszentizal motivlərlə zəngindir. Bu da oxucularda maraq və məmnnunluq yaradır. Müəllifin fikrində Yeniləşən Azərbaycan modelinin zənginliyi Ulu Öndərin uzaqgörənliyi və fərqli ideoloji qənaətləri ilə şərtlənir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tariixi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizələrə apararaq onu müstəqilliyə qovuşdurmuş, qüdrətli bir şəxsiyyətin mənalı və parlaq fəaliyyəti üzərində bərqərar olmuşdur. Kitab başdan-başa bu ideyalarla mənalanır. Nəfis tərtibatla nəşr olunan, məna və məzmunca fərqli bu məqalələr toplusunda ulu öndər Heydər Əliyevin layiqli varisi olan Azərbaycan  Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hələ 27 sentyabr 2020-ci ildə  etdiyi tarixi müraciəti də  kitabda özünə layiqli  yer almışdır: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Ermənistan işğalçı dövlətdir. Bu işğala son qoyulmalıdır və son qoyulacaq!”

Zəfər və qələblərlə dolu prezidentlik fəaliyyətini ölkəmizin inkişafına və tərəqqisinə, Vətənimizin  ərazilərinin düşməndən təmizlənməsinə sərf edilən Qalib və Müzəffər rəhbər  İlham Əiyev 27 sentyabrdan başlayaraq qələbələrə gedən yolda cəmisi 44 gün ərzində istəyinə nail oldu. Elə bununla da böyük uğurlarımızın istiqaməti genişləndi, ərazilərimiz bütövləşdi, qəriblikdə qalan bizdən ötrü  ağlayan, sızıldayan kəndlərimiz, rayonlarımız Vətənimizə qovuşdu.

“Heydər Əliyev irsi” kitabında  “Bugünki Azərbaycan Heydər Əliyevin  görmək istədiyi Azərbaycandır” adlı lokanik bir yazı ilə yeklunlaşır. Tarixi zərirəti, sosial ədaləti, xalqın iradəsini və rifahını öz dövlətçilik, idarəçilik fonunda həmişə əsas tutan Ulu Öndər Azərbaycan siyasətini daha aydın, daha nəzərəçarpan tərəfi kimi yaşadaraq bugünki ölkəmizin qəhrəmanlıq mərhələsini ilə hələ o zaman aydın görərək demişdir: “İnanıran ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev baça çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”. Görkəmli dövlət xadiminin dərin siyasi təfəkkürünün və siyasi uzaqgörənliyinin böyük məzmunu özündə milli-mənəvi uzaqgörənliyin inamlı müstəqil komponenti öz xüsusi və spesifik mahiyyəti artıq özünü bütün siyasi baxışları, təsəvvürləri və ideyslarının vəhdətini Azərbaycan cəmiyyətində hər bir uğzurlu fəaliyyət normalarında  göstərmişdir. Cənab İlham Əliyevin düşünülmüş daxili xarici  siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə yüksək nəticələr əldə edir, bir sıra beynəlxalq tədbirlər  paytaxtımız  Bakıda ünvan tapır, böyük dövlətlərin rəhbərləri Azərbaycana maraq göstərir, qonaq gəlir, bu da Azərbaycan Respublikasının bir az obrazlı, poetik desək, dünya səviyyəsində tanınması ilə nəticələnir. Bəli, bu  gün Azərbaycan dünyanı gəzir! Zərifə Quliyevanın son vaxtlar istedadlı qələm sahibi kimi məhsuldar çalışması elə bu “Heydər Əliyev irsi” adlı kitabında özünü bariz şəkildə büruzə vermişdir.

Tahir MƏMMƏDOV, “İki sahil”