23 avqust 2024 08:10
329

Hava Limanları azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən biridir

Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.Qeyd olundu ki, aeroportun hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri də başa çatdırılıb.Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Aeroport tikintisinin ilkin mərhələsi kimi ərazisinin hamarlaşdırılması işləri görülür. 6,9 milyon m³ ərazidən torpaq çıxarılacaq (o cümlədən partlayışla) və 3,8 milyon m³ əraziyə torpaq doldurulacaq.[8] Burada saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstərmək mümkün olacaq.

Burada hava hərəkətinin idarə edilməsi qülləsi, transformator otağı, su çəni, qazanxana, nəzarət-buraxılış məntəqəsi və digər yardımçı tikililərin layihələndirmə işləri həyata keçirilib. Gələcəkdə burada beynəlxalq uçuşların icrası üçün tam şərait yaradılacaq.

Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Ölkəmizdə quruculuq, inkişaf, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövrü uğurla davam edir. Düşmənin yer üzündən sildiyi şəhərlər, kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin əzəli yurd yerlərinə qayıdışı istiqamətində mühüm addımlar atılır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində şəhər və kəndlərin bərpası ilə yanaşı, telekommunikasiya şəbəkələri qurulur, iqtisadiyyatın dinamik inkişafının əsas istiqamətlərindən biri olan yeni avtomobil, dəmir yolları, hava limanları tikilib istifadəyə verilir. Bu gün respublikamızda fəaliyyət göstərən beynəlxalq hava limanlarından 3-ü işğaldan azad olunmuş ərazilərdə yerləşir.

Qısa zaman ərzində 3 beynəlxalq statuslu hava limanının tikilməsi dövlətimizin iqtisadi gücünün göstəricisidir. Füzuli, Zəngilan və Laçın hava limanları təkcə səmərəli nəqliyyat xidmətləri göstərməyəcək, həm də ölkə turizmini və ticarət əlaqələrini də stimullaşdıracaq ki, bu da nəinki həmin bölgələrin, ümumilikdə regionun inkişafına müsbət təsir edəcək.Strateji, iqtisadi və regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun bərpası, eyni zamanda ölkə başçısının işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən biri olan Laçın Beynəlxalq Hava Limanının tikintisi ətraf rayonların da inkişafına müsbət təsir göstərəcək. Yüksək dağlıq ərazidə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə 3-cü aeroportdur. İnşası davam edən hava limanının qısa zamanda istifadəyə verilməsi üçün işlər sürətləndirilib, həmçinin aeroportun hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb.

Ramilə Vəliyeva,
YAP Xətai rayon təşkilatının "Telnov 6" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü