22 avqust 2024 09:55
301

Fransa qidaları niyə təhlükəlidir?

Bu, bir aksiomadır ki, sağlamlıq həyatda ən qiymətli nemətdir. Ona görə də sağlamlığımızı qorumalı və onun qədrini bilməliyik. Lakin demokratiyanın verdiyi azadlıqlardan sui-istifadə edən bəzi işbazlar çox pul qazanmaq xatirinə qidaların tərkibinin təmizliyinə o qədər də fikir vermirlər. Bu tendensiya xarici ölkələrdə daha güclüdür. Xarici şirkətlər insan həyatı üçün zərərli qidaların istehsalından və onların dövriyyəyə buraxılmasından çəkinmirlər. Bu məhsullar arasında rasionumuzda ən çox işlətdiyimiz ət, ət məhsulları və yağların mənşəyi bilinmir. Bəzi alıcılar 4-5 manata kərə yağı, ucuz qiymətlərə sümüyü çürümüş quş ətləri, kolbasalar almalarından məmnunluqla danışırlar. Bazarlarda isə təbii kərə yağı 20-25 manat arasında satılır. Quru şorun qiyməti isə təxminən 4 manatdır. Necə olur ki, kərə yağ quru şor qiymətinə satılır? Qiymətlərdə belə kəskin fərq açıq göstərir ki, 4-5 manata yağ satanlar alıcıları aldadır, onlara mənşəyi bilinməyən ərzaq məhsulları satırlar. Artıq əhali arasında "kənd toyuğu"və "broyler toyuğu", "kənd yumurtası" və "broyler yumurtası" ifadələri orqanizmimiz üçün hansının xeyirli , hansının ziyanlı olması anlamında işlədilir. İş adamlarının xaricdən gətirdikləri toyuq və hinduşka ətləri hətta soyuducuda bir neçə gün qalarsa onlardan xoşagəlməz qoxu və dad gəlir.

Dövlətimiz əhalinin ərzaq məhsulları ilə təminatını daha da yaxşılaşdırmaq üçün bir neçə ölkədən bu məhsulları idxal edir. Rusiyadan, Belarusdan, Türkiyədən, İrandan idxal edilən ərzaqlar, xüsusilə də ət və un məhsulları alıcılar tərəfindən razılıqla istehlak olunur. Kolbasalar, sosislər, süd, bal və qənnadı məhsulları həvəslə alınır.

Artıq məlum olub ki, Fransadan idxal edilən heyvandarlıq məhsulları istifadəyə yararsızdır. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransanın Qrand Est, Danimarka Krallığının isə Cənubi Danimarka, Midtyulənd regionlarında blutanq xəstəliyi qeydə alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün Qrand Est, o cümlədən Cənubi Danimarka və Midtyulənd regionlarında zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik yayılmış heyvandarlıq təsərrüfatlarından 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına WOAH-in “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət qoyulub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin  ərazilərdən gələn, yaxud tranzitlə respublikamıza daxil olan, habelə Azərbaycan ərazisindən digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib. Bunlar ehtiyat tədbirləri kimi böyük əhəmiyyətə malikdir. Lakin yaxşı olar ki, əhali bu ərəfədə Fransa istehsalı olan heyvandarlıq məhsulları almasın. Bu, təhlükədən yayınmağın ən etibarlı yoludur. Şübhəsiz ki, aidiyyəti dövlət qurumları Fransada erməni əsilli iş adamlarının çoxluğunu nəzərə alaraq bu ölkədən ət və yağ məhsullarının ölkəmizə idxalına qadağa qoyacaqlar. Nəzərə alaq ki, erməni ləpiri harada varsa orada bizə xəyanət və nifrət var. Nifrət isə ağlına hakim ola bilməyənləri hər cür cinayətə sürükləyə bilir.  Fransaya başçılıq edənlərin Azərbaycana qarşı qatı düşmən münasibəti hər kəsə bəllidir. Biz deyə bilmərik ki, ölkəmizə ixrac edilən təhlükəli qidaları orada at oynadan erməni şirkətləri istehsal etmir. Bəlkə də zərərli məhsulların göndərilməsini elə həmin işbazlar və şirkətlər təşkil edirlər? 2020-ci ildə Azərbaycana məğlub olmuş Ermənistanı silahlandırıb bizə qarşı qaldırmağa çalışan Makron hökumətindən hər alçaqlığı gözləyə bilərik. Niyyəti bizləri məhv etmək olan bu cinayətkar hökumətin mafioz başçıları başqalarını qida ilə zəhərləməyi heç də  elə özlərinə qəbahət saymazlar.

Atalarımız deyiblər ki, bəladan nə qədər uzaqda olsan bir o qədər yaxşıdır.

Vəli İlyasov, "İki sahil"