17 iyul 2024 03:15
300

Qərb münaqişə yaratmaq üçün ermənilərdən necə istifadə edir?

Tarixin istənilən gərgin dönəmində ermənilər aktivləşib, böyük güclərin dəstəyi ilə xəstə iddialarını reallaşdırmağa çalışıblar

Ötən əsrin sonlarında SSRİ-nin müxtəlif bölgələrində milli-azadlıq hərəkatları başladı. Bu hərəkatla paralel etnik zəmində təxribatlara da rəvac verildi. Maraqlıdır ki, bu tip hadisələr əsasən SSRİ-nin sərhəd bölgələrində baş verirdi. Təbii ki, bu proseslər təsadüfi deyildi və vahid mərkəzdən idarə olunurdu. Bu mərkəz isə Qərb idi... Əzəli rəqiblərini-SSRİ-ni sıradan çıxarmaq istəyən ABŞ və Avropa dövlətləri bəzi ekstremist qüvvələrdən istifadə edirdi. Ekstremist qüvvə deyəndə isə təbii ki, ilk yada düşən ermənilər olur. Çünki ermənilər tarix boyu fürsətçillikləri ilə seçiliblər. Tarixin istənilən gərgin dönəmində ermənilər həddən ziyadə aktivləşib, böyük güclərin dəstəyi ilə xəstə iddialarını reallaşdırmağa çalışıblar. Məsələn, Birinci Dünya Müharibəsindən sonra ermənilər qədim Azərbaycan torpaqlarında tarixdə ilk Ermənistan dövlətini yaratdılar. İkinci Dünya Müharibəsindən sonra isə 250 mindən artıq azərbaycanlının qədim Azərbaycan- indiki Ermənistan ərazisindən deportasiyasına nail oldular. Nəhayət, ötən əsrin 80-ci illərinin sonundan başlayaraq ermənilər Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisini bir qədər də böyütmək istədilər. Təbii ki, bu məsələdə ermənilərin ən böyük havadarı və himayədarı Qərb oldu. Qərb SSRİ-nin dağıdılması üçün etnik münaqişələrdən məharətlə istifadə etdi. Hətta Qərb ermənilərə o qədər meydan verdi ki, xəstə təxəyüllü ultramillətçilər “dənizdən-dənizə Böyük Ermənistan” eşqinə düşdülər.

Qərb 90-cı illərdə ermənilərə böyük maddi və informasiya dəstəyi verirdi. O zamanlar Aqanbekyan, Balayan və digərləri üçün Qərbin istənilən populyar nəşrinə çıxış imkanı yaradılmışdı. Üstəlik, Melkonyan kimi bir sıra terrorçular da məhz Qərb ölkələri tərəfindən Qarabağa münaqişəni daha da qızışdırmaq üçün göndərilmişdilər. Həmçinin, ötən əsrdə Fransa erməniləri qızışdırırdı ki, türklərin onlara qarşı soyqırım törətməsini davamlı şəkildə irəli sürsünlər. O zaman da, bu zaman da Fransa hökuməti iddia edir ki, 1915-ci il hadisələri ilə bağlı onlarda tarixi sənədlər var. Baxmayaraq ki, Türkiyə və digər dövlətlər zaman-zaman Fransadan tələb edib ki, “tarixi faklar”ı ortaya qoysun, hamıya əlçatan etsin. Lakin rəsmi Paris hər dəfə müxtəlif bəhanələrlə bu haqlı tələblərin icrasından boyun qaçırıb. Çünki fransızlar yalan danışır. Onların əlində heç bir fakt yoxdur. Sadəcə erməniləri idarə etmək üçün bu cür yalan iddialardan istifadə edirlər.

Tarix təkrarlanır

Qərb bu gün də Cənubi Qafqazda sabitliyi pozmaq və regional güc balansını öz xeyrinə dəyişmək üçün Ermənistandan maşa kimi istifadə edir. Bunun üçün də Ermənistana müxtəlif vədlər verir. Hətta onu da deyirlər ki, lazım gəlsə, NATO əsgərləri gəlib Ermənistanda ruslara və türklərə qarşı vuruşar. Bu Ermənistan dövlətinin maraqlarına cavab verməsə də Nikol Paşinyan iqtidarının işinə yarayır. Paşinyanın komandası bu yolla bir qədər də hakimiyyətdə qalmaq istəyir. Ona görə də bu gün Paşinyan məmnuniyyətlə Qərbin şərtlərinə boyun əyir. Baxmayaraq ki, Qərb bölgəyə müharibə, münaqişə gətirmək istəyir. Qərb ölkələri, başda Fransa və ABŞ hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına mane olmağa çalışır. Regionda gərginlik yaradılması, revanşist qüvvələr arasında müharibə əhavli-ruhiyyəsinin saxlanılması hədəf götürülüb. Təsadüfi deyil ki, iyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə növbəti “Eagle Partner” hərbi təlimləri start götürüb. (ötən ilin sentyabrında “Eagle Partner” təliminin birincisi keçirilmişdi) Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edir. Bildirilir ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır. Bu isə o deməkdir ki, Ermənistan artıq siyasi poliqon olub.

Məsələnin görünməyən tərəfi

Bu tərəf isə bütün region üçün narahatlıq doğuran perspektivlərlə bağlıdır.  Burada üç məqama diqqət yetirmək lazım gəlir. Məğlub Ermənistanda baş qaldıran revanşizmin birgə hərbi təlimlərin baş tutmasına səbəb olan əsas amillərdən biri kimi qeyd edə bilərik. Sülh prosesinin müəyyən qədər irəlilədiyi bir ərəfədə Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələr fəallıqlarını artırıblar. Paralel şəkildə bu ölkədə hakimiyyətin də mövqeyinin sürüşkən olduğu sezilir. Ermənistan lideri üçtərəfli Bəyanata, Moskvada, Soçidə, Brüsseldə və Praqada keçirilən görüşlərdə əldə olunan razılaşmalara sadiqliyini bildirsə də, İrəvana geri qayıtdıqdan sonra, necə deyərlər, valın üzünü dəyişərək başqa mahnılar səsləndirir, manipulyasiyalara əl atır və beləliklə də, sülh prosesini əngəlləyir. İkinci məqam xəyanətkar xislətli Ermənistanın Rusiyadan qopmaq, Qərbə yaxınlaşmaq istəyini özündə ehtiva edir. İndiyədək Ermənistan Rusiyadan hərtərəfli şəkildə asılı olub. Bu ölkə mövcudluğuna görə məhz Rusiyaya borcludur. Bəs Ermənistanın minnətdarlığı nədən ibarətdir? - xəyanətdən. Deyə bilərik ki, bu ölkədə sürüşkənlik, siyasi orientasiyanın dəyişməsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Hazırda məlum səbəblərdən Rusiyada vəziyyət gərgindir. Ermənistan isə öz ənənəvi xislətinə uyğun olaraq tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər edir. Eyni zamanda, hazırda N.Paşinyan Rusiyanı öz hakimiyyəti üçün ən böyük təhlükə sayır. Üçüncü mühüm məqam Ermənistanın istəyi ilə Qərbin Cənubi Qafqaz siyasətinin üst-üstə düşməsi ilə bağlıdır. Cənubi Qafqazda Rusiyanı əvəzləmək və burada möhkəmlənmək Qərbin çoxdankı planlarına daxildir. Qərb dairələri Rusiyanın geostrateji mövqeyinin çətinləşdiyi, həmçinin N.Paşinyan iqtidarının sürüşkənliyi fonunda əzəli planlarının reallaşdırılması üçün ən uyğun zaman yetişdiyini düşünür.

Bütün bunlar Ermənistanda Rusiya üçün ikinci cəbhə açılması ehtimallarını gücləndirir.  Rusiya ilə Ukrayna arasında münaqişənin alovlanmasının ssenarisini xatırlayaq: Ukrayna Rusiyanın təsir dairəsindən çıxmağı və Qərb strukturlarına inteqrasiyanı özünün strateji kursu kimi elan edir. Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO) buna qarşılıq niyyətini ortaya qoyur. Bu, Rusiyada NATO-nun genişlənməsinin, konkret desək, onun sərhədlərinə yaxınlaşmasının növbəti mərhələsi kimi dəyərləndirildi. Müəyyən müddət davam edən danışıqlar dalana dirəndi və silahlar işə düşdü. Dağıdıcı münaqişə aylardır ki, davam edir və onun nə vaxt bitəcəyi də bəlli deyil.

Sevinc Azadi, “İki sahil”