11 iyun 2024 00:35
271

Turan dünyanın güc mərkəzinə çevrilir

Bu nəhəng ideyanın reallaşmasında Prezident İlham Əliyevin fəaliyyəti təqdirəlayiqdir

Yüz illər boyu arzusunda olduğumuz Turan ideyası artıq həyata keçməkdədir. Yer üzərinə SSRİ adı ilə gələn “qırmızı” imperiya türk xalqlarının min illik qardaşlıq əlaqələrini kəsməyə və hətta doğmaları bir-birlərinə qarşı qaldırmağa çalışdı. Doğrudur ki, türk xalqları  sovet imperiyası tərkibində əks cəbhələrdə olsalar da heç vaxt düşmənçilik etmədilər. İmperiya türk xalqlarını öz tarixi keçmişlərini unutdurmağa, onları saxta beynəlmiləlçiliyə yönəltmək istəsə də alınmadı. Ancaq isti əlaqələr kəsildi,  Turan elləri arasında ayırıcı və zərərli bolşevik təbliğatı aparıldı. Bu, yetmiş il davam etdi. Yalnız 1991-ci ildə Sovet imperiyası dağılandan sonra türk xalqları öz tarixi keçmişlərini bərpa etməyə və yenidən bir ailədə birləşməyə təşəbbüs göstərdilər. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev bu ideyanın təşəbbüskarı və reallaşmasına töhfə verən dövlət başçısı kimi tanınır. Ölkəmiz bu istiqamətdə fəal iş aparan iki dövlətdən biri hesab olunur.

Azərbaycan rəhbəri iyunun 6-da Türk Parlamentlərarası Assambleyasının (TÜRKPA) nümayəndə heyətini qəbul etdi. Bu görüşdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Tören və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matrain iştirak etdilər.

Bir türk olaraq bu görüş qəlbimizi qürur hissi ilə doldurur. Ulu babamız Bilgə Xaqanın dediyi kimi, özümüzə qayıdıb ayağa qalxırıq və böyük oluruq. Fəxrlə deyə bilərik ki, bu məqsədlə keçirilən möhtəşəm görüş türk dünyasının sıx birliyinin təzahürüdür. Orada Azərbaycan Prezidenti bütün dünyaya lazımi mesajlar verdi. Prezidentimiz türk dünyasının birləşməsi istiqamətində ölkələrin böyük səylər göstərdiyini vurğulayaraq, Türk Dövlətləri Təşkilatının fəaliyyətləri ilə birliyin daha da gücləndirildiyini qeyd etdi. Ölkəmizin başçısı vurğuladı ki, türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasətinin istiqamətlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub.

Prezidentimiz görüşdə “Bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”-dedi. Sözügedən fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə nümayiş etdirir. Son illər ərzində Türk Dövlətləri Təşkilatının xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.

Cənab Prezident bildirdi ki, Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: “İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşünün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir”.

Təbii ki, Zirvə görüşünün Şuşada keçirilməsi rəmzi məna daşıyır. Şəhər dörd ilə yaxındır ki, Ermənistanın işğaldan azad edilib və orada sürətli quruculuq-bərpa işləri aparılır. Fərəh hissi keçiririk ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin başçıları Şuşaya səfərə gəlmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdilər.  Məmnunuq ki, onlar öz kömək əllərini bizə uzatmışlar. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək.  Azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük. Bu ərazilərdə hazırda geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir.  Bu sürətlə Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıdıblar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Türk dünyası böyük bir ailədir, nəhəng potensiala malikdir, geniş coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması –bütün bunlar, böyük bir güc potensialıdır.

Bəli, biz də dünya gücləri qarşısında gücə çevrilməliyik. Artıq bu prosesin başlanmasından təşvişə düşən bəziləri həyəcan təbili çalmaqdadır. Xüsusilə də ənənəvi düşmənimiz olan haylar və onların ipini tutanlar bərk narahatlıq keçirirlər. Onlar beynəlxalq güc mərkəzlərində qaraqışqırıq salıb deyirlər ki, ayılın, Turan ideyası reallaşmaqdadır. Bu, bizə qarşıdır, tədbir görün. Ancaq əksər xristian dövlətlərində hayların keyfiyyətsiz və xəyanətkar millət olduqlarını yaxşı bilirlər və onların hay-küylərinə əhəmiyyət vermirlər. Görünən fakt odur ki, Azərbaycan milliyyətindən asılı olmayaraq bütün dövlətlərlə mehriban dostluq və əməkdaşlıq münasibətləri saxlayır, itisadi əlaqələrini möhkəmləndirməyə çalışır. Beləliklə, Azərbaycanın dostları artır, ölkəmiz hərtərəfli üstünlük qazanır və güclənir. Eyni zamanda, ardıcıl mübarizəsi ilə Turan birliyində ləyaqətli yer tutur.

Vəli İlyasov, "İki sahil"