01 iyun 2024 00:11
302

Təkzibolunmaz faktlar və dəlillər sübut edir ki...

Ölkəmizdəki radikal müxalifət qaragüruhçuları, eləcə də xaricdəki mənəviyyatsız “söyüş müxalifəti” və ya “siyasi mühacir” sürüsü mənz anti-Azərbaycan dairələrin məkrli “beyin mərkəzləri” tərəfindən idarə olunurlar.

İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdəki dağıdıcı müxalifətin təmsilçilərinin sosial şəbəkələrdəki əsassız iddialarla dolu çıxışları, şantaj dili ilə danışıqları bu antimilli zümrənin xaricdəki bəzi qərəzli dairələrlə işbirliyində olduğunu özünü açıq şəkildə büruzə verir. Xüsusilə AXCP sədri Əli Kərimlinin və onun marginal dəstəsinin üzvlərinin ayrı-ayrı internet tv-lərdəki populist çıxışları, reallıqları özündə əks etdirməyən qərəzli “təhlilləri” bir daha göstərir ki, məlum zümrənin ölkəmizin gələcəyinə hesablanmış proqramları, rasional düşüncələri yoxdur.

Təbii ki, radikal müxalifətin 30 ildən bəri dəyişməyən sima(sız)larının anti-Azərbaycan dairələrin  ölkəmizlə bağlı qərəzli açıqlamalarından bəyanatlarından ruhlanaraq siyasi arenada qeyri-konstruktiv mövqe sərgiləmələri, təhrikedici çağırışları heç də təsadüfi deyil. Birmənalı demək olar ki, dağıdıcı müxalifətin “başbilənləri”nin - AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin, onların xaricdəki muzdlu mirzə və trollarından olan Qənimət Zahidin, Rahim Hacıyevin son günlərdə sosial şəbəkələrdəki çıxışları məhz xaricdəki məlum qərəzli dairələrin tezislərinin məhdud çərçivəsindən kənara çıxa bilmir. Heç çıxa da bilməz. Çünki həmin dairələrdən bu trollaşmış dairələrə verilən tapşırıq belədir.

Hakimiyyət uğrunda sivil mübarizə metodlarını inkar edən, sosial bazası olmayan, Azərbaycan əleyhdarlarının uzun illərdən bəri çirkli vitrində saxladıqları bu merkantillərin ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının arxasında məhz həmin dairələrin uzun qulaqları görünür. Yeri gəlmişkən, xarici ölkələrdə  “siyasi mühacir” adı ilə məskunlaşan, bu günlərdə iyrənc əməllərinə görə ifşa olunan, anti-Azərbaycan dairələr tərəfindən dövlətçiliyimizə qarşı aparılan mənəvi terror siyasətinə alət olanların əsas himayəçilərindən biri də məhz ölkəmizdəki radikal müxalifət düşərgəsinin öndə gedənləridir. Bütün bunlar gəlişigözəl sözlər, adi ritorika deyil. Son günlər aşkara çıxan çox ciddi faktlar bu məsələlərlə bağlı heç kimdə zərrə qədər şübhə yeri qoymur. Cəmiyyətin dəstəyindən məhrum olaraq marginallaşan, iddiaları ilə ambisiyaları tərs mütənasib olan  dağıdıcı müxalifətin siyasi mühacir adı ilə fəaliyyət göstərən anarxistlərə dəstək verməsi  artıq bir reallıqdır və hər addımda özünü büruzə verir.

Gerçəklik budur ki, xalqın dəstəyindən məhrum olaraq siyasi proseslərdə uzun illərin acı məğlubiyyətini yaşayan dağıdıcı müxalifətin hakimiyyət iddialarını gerçəkləşdirmək üçün bütün vasitələrdən istifadə etmək “taktikası” məhz onun sözdə siyasi mühacir adlanan başıpozuq dəstə ilə işbirliyinə gətirib çıxarıb. “Baş cəbhəçi” Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin və onların ətrafındakı Gültəkin Hacıbəylinin, Fuad Qəhrəmanlının və digərlərinin fəaliyyətlərinə diqqət edəndə açıq-aşkar görünür ki, bu marginallar öz çirkin məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə, anarxist dəstələrlə, hətta şeytanın özü ilə belə işbirliyinə getməyə hazırdırlar.

Dağıdıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin ayrı-ayrı ölkələrində sığınacaq tapan, Ə.Kərimlinin trollarının köməyi ilə sosial şəbəkələrdə ölkəmizin əleyhinə at oynadan “siyasi mühacirlər”  də məhz bu “demokratlar” üçün ən yaxşı vasitələrdən biridir. O da danılmaz faktdır ki, ölkəmizdəki radikal müxalifət qaragüruhçuları, eləcə də xaricdəki məlum “söyüş müxalifəti” və ya “siyasi mühacir” sürüsü mənz anti-Azərbaycan dairələrin “beyin mərkəzləri” tərəfindən idarə olunurlar. Bu gerçəklik dəfələrlə təkzibolunmaz faktlarla sübut olunub...

Zahid Rza, “İki sahil”