31 may 2024 13:49
317

Ermənistan gec-tez Xocalı soyqırımını etiraf etmək və üzr istəmək məcburiyyətində qalacaq - HƏRBİ EKSPERT

“Ermənistan gec-tez Xocalı soyqırımını etiraf etmək və üzr istəmək məcburiyyətində qalacaq”.

Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Prezidentin Xocalı səfəri zamanı səsləndirdiyi fikirlərə diqqət çəkən polkovnik Cəlil Xəlilov, Azərbaycanın soyqırımının tanıdılması istiqamətindəki səylərinə də diqqət çəkib:

“Azərbaycan uzun müddətdir ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm addımlar atmaqdadır. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında həuyata keçirilən “Xocalıya ədalət” kampaniyasını xüsusilə qeyd etmək lazımdır. Məhz “Xocalıya ədalət” kampaniyası sayəsində dünya ictimaiyyəti dolğun şəkildə məlumatlandırılıb və bu proses bu gün də davam etməkdədir.

Dövlətimizin apardığı qətiyyətli siyasət və təbliğati iş nəticəsində Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsində, eləcə də ABŞ-ın bir çox ştatında tanınıb. Xocalı soyqırımı ilə bağlı kitablar yazılıb, filmlər çəkilib. Görülən bütün bu işlər göstərir ki, Xocalı soyqırımının tanıdılması bizim üçün prioritet istiqmaətlərədn biridir və biz bu missiyanı uğurla başa çatdıracağıq.

Prezident İlham Əliyevin bugünlərdə Xocalı sakinləri ilə görşündə Ermənistanı bu soyqırımını tanımağa, buna görə Azərbaycan dövlətindən, Azərbaycan xalqından üzr istəməyə səslədi. Dövlət başçısı bildirdi ki, Ermənistan Xocalı soyqırımına görə üzr istəməsə, törətdiyi bu vəhşiliyi etitaf etməsə, heç vaxt ayağa qalxa bilməyəcək.

Prezidentin çıxışından da göründüyü kimi, Ermənistan Azərbaycanla normal münasibətlər qurmaq, dövlət olaraq sabit, dinamik inkişafını təmin etmək, təhdid və təhlükə mənbəyi olmadığını sübut etmək istəyirsə, o zaman öz qanlı keçmişi ilə üzləşməli, etdiyi cinayəti etiraf emtəli, buna görə üzr istəməlidir. Tarixi ilə üzləşməyən, tarixi səhvlərini etiraf etməyən və tarixini sağlam düşüncə ilə təftiş etməyən istənilən dövlətin gələcəyə sağlam addımlarla qədəm qoyması mümkünsüzdür”.

Polkovnik qeyd edib ki, Xocalı soyqırımının tanıdılması və təbliğində veteranlar da aktiv şəkildə iştirak etməkdədir: “Veteranlarımız hər zaman dünya tarixinin ən dəhşətli soyqırımı olan Xocalı soyqırımının təbliğində aktiv iştirak edib və bununla bağlı səylərini bu gün də əzmlə davam etdirməkdədir. Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması, erməni faşizminin bu böyük cinayətinin ifşası hər zaman diqqət mərkəzimizdə olub. Təşkilatımız bununla bağlı silsilə tədbirlər keçirib, beynəlxalq konfrans və müzakirələrdə aktiv şəkildə iştirak edib.

Əminəm ki, biz yaxın gələcəkdə Xocalı soyqırımının Ermənistan tərəfindən etirafına nail olacaq, soyqırım qurbanlarının ruhunu qismən də olsa təsəlli edə biləcəyik”.