28 may 2024 20:20
196

Aİ Gürcüstanı cəzalandırmaq üçün bütün variantları nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Gürcüstan parlamentinin “xarici agentlər haqqında” qanuna qoyulan vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Cozef Borel ilə Avropa Komissiyasının birgə bəyanatında qeyd edilib.

“Aİ Gürcüstan Parlamentinin ölkə Prezidentinin "Xarici təsirin şəffaflığı haqqında" qanununa veto qoymasını ləğv etməklə və Venesiya Komissiyasının qanunun ləğvi ilə bağlı aydın tövsiyəyə səbəb olan təfərrüatlı hüquqi arqumentlərinə məhəl qoymamasına görə dərin təəssüf hissi keçirir. Bu qanun Aİ-nin əsas prinsip və dəyərlərinə ziddir və Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcək”.

“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanı geri götürməyə və qəti şəkildə Aİ yoluna qayıtmağa çağırırıq. Dinamikanı dəyişmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur”, - sənəddə deyilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”