11 sentyabr 2026 14:16
82

Husilər Bab əl-Məndəb boğazındakı Perim adasına nəzarəti ələ keçiriblər

Yəmənin üsyançı "Ansar Allah" hərəkatının (husilər) silahlı birləşmələri Bab əl-Məndəb boğazındakı strateji əhəmiyyətli Perim adasını nəzarətə götürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Yəmən hökumətindəki dörd mənbə məlumat verib.

Mənbələrin məlumatına görə, Yəmən hökumət qüvvələri Perim adasını tərk ediblər, husilər isə adanın qarşısında Qırmızı dəniz sahilində yerləşən Zubab şəhərini tutublar.

Yəmən hökumət qüvvələri husilərin strateji ərazilərdə, o cümlədən bir gün əvvəl "Ansar Allah"ın nəzarətinə keçən sahil boyu Moka şəhərinə gedən yolda hərəkətinin qarşısını almaq üçün silah və aviasiyanın köçürüldüyünü elan ediblər.

Yəməndə vəziyyət sentyabrın əvvəlində husilərin ölkənin cənub-qərbində hərbi hücuma keçməsi ilə kəskin şəkildə pisləşib. Onlar Qırmızı dəniz sahillərinə zərbələr endirməklə yanaşı, Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərə irəliləməyə çalışırlar.