05 aprel 2024 13:05
381

Əlaqələr gələcəkdə daha da genişlənəcək

Azərbaycan diplomatik əlaqələri olan bütün dövlətlərlə ikitərəfli münasibətləri həmişə yük­sək səviyyədə saxlayır. Bu səmimi münasibətlər həm siyasi, həm də iqtisadi əlaqələrin şəbə­kə­sini genişləndirir. Konqo Respubikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri də bu mü­na­sibətlərin genişlənməsi, məzmun baxımından dərinləşməsi ilə tarixləşəcək.

Konqo Respublikası Prezidentinin bu səfəri Azərbaycana ilk səfərdir. İlk səfər əlaqələrin, mü­nasibətlərin gələcəkdə möhkəmlənəcəyinin başlanğıcıdır. İlk səfərdə imzalanan Əməkdaş­lıq haqqında Bəyannamə də əlaqələrin konturlarının necə müəyyənləşdirildiyinin təsdiqidir. Bu sə­nəd həm də təsdiqləyir ki, bu iki dövlət arasında siyasi əlaqələr bundan sonra daha da inkişaf et­di­ri­lə­cək­dir. Azərbaycan Respublikasının Presidenti cənab İlham Əliyev Konqo Respubikasının Prezi­den­ti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfərində mətbuat bəyanatında bu və digər mə­sə­lələr haqqında danışdı. Qeyd etdi ki, “Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır”.

Ölkə başçısının bu bəyanatı təkcə ikitərəfli əlaqələrin bu günü haqqında informasiya deyil, həm də gələcək əlaqələrin istiqaməti haqqında da məlumat verilir ki, bu da istər siyasi, istərsə də iq­tisadi münasibətlərin yönümünü müəyyənləşdirir: “Bakı Təşəbbüs Qrupu bu gün dünya miqya­sın­da böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir”.

 “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyan­na­mə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmil­ləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublika­sının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” kimi sənədlərin imzalanması da təsdiq­lə­yir ki. bu səfər gələcəkdə daha məzmunlu olacaqdır.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı