05 avqust 2026 21:30
179

“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

05 avqust 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı və “Bakı prospekti 20” (“Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsi) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.

YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov çıxış edərək bildirib ki, bu gün müzakirə etdiyimiz “Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və Vətən qarşısında məsuliyyəti” mövzusu dövlətimizin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin irsdir. Bu dəyərlərin gənc nəslə aşılanması güclü cəmiyyətin və möhkəm dövlətin əsas şərtlərindən biridir. Yeni Azərbaycan Partiyası yarandığı gündən Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının təbliğini, milli-mənəvi dəyərlərin qorunmasını və gənclərin bu ruhda tərbiyəsini öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Partiyanın həyata keçirdiyi layihələr, maarifləndirici tədbirlər və gənclərlə keçirilən görüşlər onların ictimai-siyasi fəallığının artırılmasına xidmət edir.
“Bakı prospekti 20” ərazi partiya təşkilatının sədri, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov bildirib ki, müasir dövrdə gənclər yalnız bilikli və peşəkar deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik, məsuliyyətli və fəal vətəndaşlar kimi yetişməlidirlər. Vətən qarşısında məsuliyyət yalnız ölkəni müdafiə etmək deyil, həm də qanunlara hörmət etmək, cəmiyyətin inkişafına töhfə vermək, təhsildə uğur qazanmaq, könüllülük fəaliyyətində iştirak etmək və milli maraqları hər zaman üstün tutmaq deməkdir.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Gülnar Məmmədova və “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin könüllüsü Nüşabə Şərifli çıxışlarında bildiriblər ki , bu gün gənclərimizə böyük etimad, diqqət və qayğının göstərilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır. Hazırda Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirmişdir.Elə bunun bariz nümunəsidir ki,  ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə , konfranslara və idman yarışlarına ev sahibliyi edir.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.