05 aprel 2024 00:46
409

Üzütüpürcəkli sejurnelər haqdan haraya qaçacaqlar?

Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında Azərbaycan əleyhinə əsassız fikirlər səsləndirib. Sejurne Ermənistanın “ərazi bütövlüyünə” Azərbaycan tərəfindən “təhdid olduğunu” iddia edib. “Biz bu gün Azərbaycan tərəfindən mübahisələndirilən Ermənistanın ərazi bütövlüyü haqqında danışdıq və icazə verin deyim ki, Azərbaycanın ritorikasının getdikcə nəzarətdən çıxdığını nəzərə alaraq, bundan nə qədər narahatıq”, - Sejurne bildirib.

Ancaq Ermənistan şəhər və kəndlərimizi talayıb yandıranda, minlərlə günahsız azərbaycanlını insan ağlına gəlməyən vəhşi üsullarla qətlə yetirəndə makronlar və sejurnelər qətiyyən narahat olmurdular, əksinə çox məmnun idilər. İndi Azərbaycan işğal olunmuş kəndlərimizin azad olunmasını tələb edəndə firəng başbilənlərin canına birə düşür, narahat olurlar.

Sejurne və o tipli diplomatların nə danışıb-danışmadıqları bizim üçün heç br məna kəsb etmir. Çünki mahiyyət bəllidir. Əgər dövlətin başçısı Emmanuel Makron Azərbaycana qarşı bu qədər əks və qərəzli mövqe nümayiş etdirirsə Sejurne özəl və ya fərqli mövqe tuta bilməz. Məntiqlə "şefi" Makron göz görəsi yalan danışmaqdan utanmırsa o, niyə utansın?

Biz isə onsuz da Fransanın bu cür bəyanatlarına öyrəşmişik. Hamısı qərəzli, riyakar və demokratik yanaşmaya, dövlətlər arasındakı bərabərhüquqlu münasibətlərə xələl gətirən pozucu bəyanatlardır.  Əgər iki dövlət öz aralarındakı sərhədləri müəyyən etməyibsə, fransalı nazir hansı ərazinin Azərbaycana, hansı ərazinin Ermənistana aid olduğunu haradan bilir? 1918-ci ildən bu günə kimi Azərbaycan və Ermənistan arasında sərhədlər dəqiq müəyyən edilməyib. Parisdə Azərbaycanın ərazisi 114 min kvadratkilometr, Ermənistanın ərazisi isə 9 min kvadratkilometr olaraq müəyyənləşdirilib. Odur ki, səslənən fikirlər avantüradır, boşboğazlıqdan o tərəfə keçmir. Özünə hörmət edən heç bir dövlətin naziri hər hansı ölkənin sərhədləri barədə fikir bildirməz. Nə Ermənistan, nə də Azərbaycan 100 ildən çoxdur ki, sərhədlərin nə delimitasiyasını, nə də demarkasiyasını bitiriblər. Ərazilər guya hələ də mübahisəlidir. Məgər Sejurne bilmir ki, əslində Ermənistan adlanan dövlət Azərbaycan torpaqlarında qondarılıb? Burada qətiyyən mübahisəli ərazi yoxdur, bütün ərazilər Azərbaycanındır. O başqa məsələdir ki, yeni düzəndə Azərbaycan erməni əhalisinə yaşamaq üçün hansı əraziləri verir. Həm də verdiyi ərazilərin geri qaytarılmasını tələb etmir. Yoxsa Ermənistanın ərazisi vardı ki, hələ bizimlə ərazi bölgüsü də aparsın? Nazir nəyə əsasən Azərbaycanın ərazi iddiası etdiyini bildirir? Lafını bilməyən başabəla nazir bəlkə ağlını itirib ağzına yiyəlik edə bilmir? Azərbaycan heç bir dövlətin ərazisinə iddialı deyil, yalnız öz tarixi torpaqlarına iddialıdır.

Sejurne arabir güzgüyə baxsa, bəlkə onda kim olduğunu başa düşər. Azərbaycan Fransa kimi Sakit okeanın ortasında yerləşən əraziləri işğal edib koloniyalaşdırmayıb. Heç bir ölkənin varidatını və mədəni irsini əlindən zorla almayıb və almır. Bizim Ermənistan adlandırılan tarixi torpaqlarımızda minlərlə Azərbaycan toponimləri əgər belə demək mümkünsə soyqırımına məruz qalıb. Bu günlərdə İrəvan şəhərinin ortasında aparılan qazıntı zamanı Azərbaycan xanlarına aid olan əşyalar tapılıb. Bu şəhərin altı da, üstü də bizim abidələrimizlə doludur. Ermənilər xüsusi arxeoloji dəstələr vasitəsi ilə bizim izlərimizi nə qədər silsələr də tapılan nadir elmi dəlillər və faktlar onların özlərinin saxtakarlıqlarını ortaya çıxarır. Ona görə də sejurnelər həqiqəti  nə qədər gizlətməyə cəhd etsələr bir gün o faktlar şillə kimi sifətlərinə dəyir. Hərçənd ki, onların tüpürcəkli üzləri buna öyrəşib.

Fransanın məqsədi Ermənistanın mövqeyinin gücləndirilməsidir. Buna görə də əsas niyyət Azərbaycan və Ermənistan münasibətlərindəki balansın bərabərləşdirilməsi üçün Azərbaycanın üzərinə gəlmək və onu şərləməklə təhdid etmək, geri çəkilməyə məcbur etməkdir. ABŞ da bu məsələdə kifayət qədər fəaldır. Azərbaycan bunlara fikir vermir. Düz edir. Kim nə istəyir, desin. Qoy dönüb öz şərəfsiz keçmişlərinə baxsınlar, utansınlar. Fransanı idarə etməyi bacarmayan cırtqoz Makron bizə ağıl verəcək səviyyədə deyil. Sərhədlərimizi nə Fransa, nə ABŞ, nə Rusiya, nə İran, nə də digər dövlətlər müəyyən etməli deyillər. Azərbaycan sərhədlərini özü təyin edir.  Ermənistan unutmasın ki, nə Fransa, nə ABŞ, nə də Rusiya onun əvəzindən döyüşəndir. 44 günlük Qarabağ müharibəsində, 1 günlük antiterror tədbirlərində bunu etmədilər. Ancaq Ermənistanı qızışdırıb müharibəyə çəkmək istəyirlər. Çünki  axan qanların onlara dəxli olmayacaq. Bundan nəticə çıxarmayan Hayastanın ağılsız başbilənləri daha böyük faciələrə və itkilərə doğru irəliləyirlər. Olsun!

Vəli İlyasov, "İki sahil"