18 mart 2024 12:49
354

Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər əslində isə onların daha geniş fəsadları var

Sovet İttifaqının dağılmasından sonra digər keçmiş ittifaq dövlətləri kimi Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Tarixən ölkəmizin yerləşdiyi region geosiyasi toqquşmaları episentrində yerləşir. Bütövlükdə Cənubi Qafqaz bölgəsi Böyük Avrasiya şahmat lövhəsinin mərkəzində yerləşir.

44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra regionumuzdakı yeni vəziyyət yarandı. Əlbəttə ki, Azərbaycanın uğurları erməni lobbisini və onların xaricdə oturan havadarlarının böyük oyununu pozdu. Onların əsas məqsədi Ermənistan vasitəsilə möhkəmləndirmək və beynəlxalq komnukasiya xətlərinin keçdiyi ərazidə hərbi strateji üstünlüklərini təmin etməkdir. Fransanın başçılıq etdiyi bu koalisiyaya Hindistan, Ermənistan və bəzi Avropa dövlətləri daxildir. Onlar sülhün əldə olmasına mane olmaq üçün Ermənistanı silahlandırır,”əlindən gələn”köməkliyi göstərirlər.

Nəzərə alsaq ki Azərbaycan etnik və dini inancların müxtəlifliyin hökm sürdüyü coğrafiyada yerləşir, Bu amillər dağıdıcı militarist xarici qüvvələr üçün təsir mənbəyi ola bilər. Bu praktika Suriya, Əfqanıstan, İraq, keçmiş Yuqoslaviya və s ölkələrdə dağıntılara siyasi stabilliyin pozulması və minlərlə insanın qaçqın düşməsinə səbəb olmuşdu. Belə çətin vəziyyətdə xalq və dövlət olaraq siyasi stabilliyin keşiyində durmalıyıq. Destruktiv xarici qüvvələrə imkan verməməliyik ki, öz məqsədlərinə çatsınlar.

Aparılan uğurlu xarici siyasət Azərbaycanı regionda güclü və həlledici partnyora və əsas söz sahibinə çevirmişdir.   

Xanım Nəcəfova,
YAP Xətai rayon təşkilatının "Rahib Məmmədov 18" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü