18 mart 2024 11:27
381

Novruz Bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır

Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi.

Novruz şənlikləri sübut edir ki, ölkəmizdə daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar... Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Novruzu insanlarımız böyük sevinclə qarşılayırlar. Az qala 30 il sonra Qarabağda da bayram tonqalları çatılır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müzəffər ordumuzun gücü ilə işğaldan azad etdiyi əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır. Düşmənin dağıdıb viran qoyduğu, bu gün isə Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz növbəti cəlalına hazırlaşır. Builki Novruz da xalqımız tərəfindən hər yerdə - evlərdə, ailələrdə bir başqa büsatla, yüksək ovqatla qeyd edilir.Novruz sadəcə bir el bayramı deyil, milli varlığımızın bir çox cəhətini özündə ehtiva edən bütöv bir dəyərlər sistemidir. 

Heydər Əliyevin vətəninə, xalqına, millətinə, ənənələrinə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrilmiş, əslində, xalqın genetik yaddaşını qorumuşdur.

Novruz ənənələrini layiqincə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlər bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələridir. Bu gün Novruz tonqalları Şuşada, Cıdır düzündə çatılır. Dövlət başçısı "Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram" deyərək bunun tarixi hadisə olduğunu xüsusi vurğulamışdır. Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramının milli mədəni sərvətlərimizin zənginliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini dolğun şəkildə ifadə etmişdir: "Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir". 

Ölkə Prezidentinin rəhbərliyi, məqsədyönlü siyasəti, qətiyyəti ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bugünkü inkişafı, abadlığı, vətəndaşlarımızın getdikcə yüksələn rifahı insanlarımızın Novruz arzularının təcəssümüdür. Azərbaycan Prezidenti xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olmaqla bütün dünyada sülhün, daha gözəl bir dünya, insanın xoşbəxtliyi uğrunda əməkdaşlığın təmsilçisi kimi çıxış edir. Hər il Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamları ilə yüzlərlə insana azadlıq, həyatının davamını cəmiyyət üçün faydalı bir şəxs kimi yaşamaq şansı, yüzlərlə ailəyə sevinc bəxş edir.    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada - Cıdır düzündə xalqa müraciət edərkən deyib.

"Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi 6hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik".Cənab Prezident hər zaman olduğu kimi öz sözünə sadiq çıxdı ,bizi Şuşalı, Qarabağlı günlərə qaytardı. Ərazi bütövlüyümüzü bərpa etdi.

Aysel Sultanlı,
Bakı şəhəri, Xətai rayonu, Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin direktor müavini