15 mart 2024 16:31
326

Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələri möhkəmləndirmək əsas vəzifələrdəndir

Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu önə çəkərək bildirir ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə, həmçinin qardaş dövlətlərin rəhbərlərinin də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərləri münasibətlərimizin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır. TransXəzər nəqliyyat marşrutu möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb.

Münasibətlərin inkişafında nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Bu mərhələdə türk dövlətləri arasında təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı yardımı təmin edəcək mexanizmin yaradılması nəzərdə tutula bilər. Bu istiqamətdə səylərimizi birləşdirmək ölkələrimizin suverenliyinin və müstəqilliyinin möhkəmlənməsinə, sabitliyə və inkişafa xidmət edəcək, eyni zamanda dünyada sülh, sabitlik və təhlükəsizliyə mühüm töhfə verəcək. Eyni zamanda qeyd etmək lazımdır ki, türk dünyası inkişafa, sabitliyə xidmət edən sülhsevər cəmiyyətdir. Dövlətlərimiz arasında əməkdaşlıq və inteqrasiya ilə yanaşı təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyətlər heç bir dövlətə və ya dövlətlər birliyinə yönəlməyib. Asiyanı Avropa ilə birləşdirən Mərkəzi Dəhlizdə yerləşən türk dövlətlərinin nəqliyyat və kommunikasiya infrastrukturlarının səmərəli inkişafı, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması regionun ticarət və tranzit potensialının artırılmasına töhfə verəcək. İqtisadiyyat, sənaye və maliyyə sahələrində əməkdaşlıq layihələrinin hərtərəfli həyata keçirilməsi türk dövlətləri arasında mal və xidmətlərin dövriyyəsini asanlaşdıracaq, eyni zamanda bölgəmizin istehsal və ixrac qabiliyyətini artıracaq.

Cəmiyyətlərimizin sağlam inkişafı üçün sağlamlıq potensialından maksimum istifadə olunmalıdır. Bu kontekstdə qardaş türk dövlətləri arasında bilik, təcrübə və texnologiyanın paylaşılmasını və qabaqcıl sağlamlıq imkanlarının həyata keçirilməsini təmin edəcək mexanizmlərin yaradılması istiqamətində konkret addımların atılması vacibdir. 

Gülnar Xəlilova,
YAP Xətai rayon təşkilatının "Fəzail Bayramov 10 E.Yəhyayev adına 56№li orta məktəb" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü