15 mart 2024 16:24
338

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və  strateji tərəfdaşdır

Azərbaycan  Mərkəzi Asiya ölkələri , o cümlədən regionun türk dövlətləri ilə  münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələrinə tez-tez səfərlər edir. Bu da türk dövlətləri arasında sıx  əlaqələrin və əməkdaşlığın  yaranmasına  gətirib çıxarır. Belə dövlətlərdən  biri də Qazaxıstandır.

Azərbaycan və Qazaxıstan  arasındakı  dostluq  və əməkdaşlıq qədim tarixə malikdir. Həm SSRİ-nin  dövründə , həm də ölkəmiz müstəqilliyi bərpa etdikdənsonra  da bu iki ölkə arasındakı əlaqələr  daha da möhkəmlənib. 2008-ci ildə  Azərbaycanın   Aktau şəhərində baş   açılıb.  Qazaxıstan ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə  Azərbaycana həmişə dəstək  göstərib. Martın 11-də   Qazaxıstan   Prezidenti   Kasım-Jomart Tokayev ölkəmizdə  rəsmi səfərdə olub.

Bu Qazaxıstan Prezidentinin  Azərbaycana  üçüncü səfəridir.  Prezident  İlham  Əliyev  Azərbaycan-Qazaxıstan  Ali Dövlətlərarası  Şuranın birinci iclasında bildirib: “Qazaxıstan  və  Azərbaycan iki qardaş dövlətdir”.Qazaxıstan  hökuməti  işğaldan azad edilmiş  Füzuli şəhərində  Kurmanqazi  adına  Uşaq  Yaradıcılıq  Mərkəzi inşa etdirib. Bu  Qazaxıstanın   Azərbaycana  qardaş   köməyidir.  Bu münasibətlərin  hər iki dövlət üçün  böyük əhəmiyyəti var. Bu dostluq münasibətləri  bundan sonra da davam edəcək. Çünki  Azərbaycan Mərkəzi  Asiya ölkələri arasında  qurulan əlaqələr böyük  perspektiv  vəd  edir.

Sevda Bağırova,
YAP Xətai rayon təşkilatının "Fəzail Bayramov 10 E.Yəhyayev adına 56№li orta məktəb" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü