15 mart 2024 10:03
218

Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclənir

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun genişlənməsində və tanıdılmasında Ulu Öndər Heydər Əliyevin və onun siyasi davamçısı olan Prezident İlham Əliyevin mühüm rolu olmuşdur. Prezident İlham Əliyevin keçirdiyi uğurlu xarici siyasətin nəticəsində Azərbaycanın bir çox beynəlxalq qürumlara üzv qəbul olunmasında, həmçinin xarici iqtisadi əlaqələr qurmasına böyük imkanlar yaratmışdır.

2003-cü ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cenevrədə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə dünya sammitindəki iştirakı onun ilk xarici səfəri oldu. Prezdentliyinin 2003-2008-ci illərini əhatə edən birinci dövründə İlham Əliyev xarici ölkələrə səfərlər etmişdi. 2003-2017-ci illər ərzində ölkədə bir çox ikitərəfli,regional və beynəlxalq toplantılar keçirildi. 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə layiqli qələbə qazandı.

Azərbaycan Respublikası 2011-ci ilin mayından Qoşulmama Hərəkatının tam hüquqlu üzvü olmuş, 2018-2023-cü ildə bu təşkilata sədrlik etmişdir. Ölkəmizin uğurlu xarici siyasətinin əsas istqamətlərindən biri olan Qoşulmama Hərəkatı təşkilatının işində fəal iştirak etmək, bu təşkilata üzv ölkələrlə yaxın əməkdaşlıq münasibətləri qurmaq ölkəmiz üçün uğurlu nəticələr verdi. Belə ki, məhz bu qurum 44 günlük Vətən müharibəsi gedişində BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə uyğun olmayan qətnamə layihəsinin qəbul edilməsinin qarşısını aldı.

V.Əliyeva,
YAP xətai rayon təşkilatının Q.Nəbi 6A ünvanı üzrə ərazi partiya təşkilatının üzvü