15 mart 2024 00:46
421

Yeni “qucaq” axtaran Armen yenə sarsaqladı

İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra kapitulyant ölkənin siyasi mənzərəsi əsl xaosu xatırladır. Orada at izi it izinə qarışıb, ağız deyəni qulaq eşitmir, hadisələr barədə hərə ağlına gələn bir versiya uydurur.

Ermənistanı qatıb-qarışdıranlardan biri olan revanşist politoloq Armen Ayvazyan axmaq fikirləri ilə yenə də gündəmə gəlib. O, iddia edib ki, Rusiya və Qərbin böyük hissəsi Ermənistanı Azərbaycana qurban verməyə çoxdan razılaşıblar.

Onun sözlərinə görə, Rusiya İrəvana zəmanət verməyəcəyini açıq şəkildə bəyan edir, hər gün Azərbaycana dəstəyini daha da gücnəndirir. Elə Qərbin özü də Ermənistana zəmanət verməyəcəyini bildirir. Erməni ekspertin fikrincə, bu gün nə Qərbdən, nə də Rusiyadan Azərbaycana yönəlik heç bir təzyiq əlaməti yoxdur. Ancaq Ayvazyan özünə sual vermir ki, Ermənistan hansı qələti edib ki, onu istəməyənlər bu qədər çoxdur? Armen əgər həqiqəti söyləyəsi olsa o halda deməlidir ki, Hayastan ətrafında dost dediyi ölkələrə belə açıq və ya gizli şəkildə xəyanət edir. Ancaq bu ağıldan kəm daşnaka qurşandıqları xəyanətdən danışmaq sərf etmir, ona görə də bu mətləbdən yan keçir.

Ayvazyana görə, Azərbaycana qarşı siyasi, diplomatik və iqtisadi təzyiqlər tətbiq oluna bilərdi: “Həm Rusiyanın, həm də Qərbin bunun üçün lazımi təsir rıçaqları var. Lakin onlar dünyanın müxtəlif yerlərində baş verən ziddiyyətlər fonunda onilliklər ərzində Azərbaycanı maliyyələşdirir və silahlandırırlar, Bakının Ermənistana qarşı davam edən təhdidlərinə göz yumurlar”.

Ayvazyan rusiyapərəst və qərbyönlü siyasətçiləri və ekspertləri Ermənistan ictimaiyyətini çaşdırmamağa çağırıb: “2023-cü ilin payızında Qarabağdakı hərbi əməliyyatdan bir neçə gün əvvəl İstanbulda Rusiya, ABŞ və Avropa İttifaqının nümayəndələri arasında görüş keçirilib. Aydındır ki, görüşdə Türkiyə tərəfi də iştirak edib”. Burada Türkiyənin adını hallandırmaqla sarsaq hayın nə demək istədiyi anlaşılmır. Bütün dünya ictimaiyyəti bilir ki, 44 günlük müharibə başlamazdan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsinin hər vaxt Azərbaycanın yanında olacağını bəyan etmişdi.

İki dəfə "ağzı əzilən" revanşist ekspert yenə utanmazcasına müharibədən danışıb. Yazdıqlarını oxuyanda adamı təəccüb bürüyür. Yəni, bunlar bu qədərmi qudurublar? Görün bu dəli və gicbəsər nə yazır: “Azərbaycana heç bir güzəşt edilə bilməz. Bundan əlavə, diqqətimizi İrana yönəltməli, onunla müqavilələr bağlamalı, birgə təlimlər keçirməli, lazım gələrsə, Sünikdə müəyyən sayda İran bölmələrini yerləşdirməliyik”.

Şübhəsiz, normal insan bu cür düşünüb danışmaz. Amma ermənidir, danışır, çünki təxəyyülü xəstədir. Özü də bunlar elə bir xəstəliyə yoluxublar ki, müalicəsi tapılmır. Bu "ağıllı" daşnak Hayastanı Rusiyanın qucağından alıb İranın ağuşuna atdığının fərqində deyil. Ümumiyyətlə, heç bir hay müstəqil dövlətdən danışmır. Kimisi Fransanı, kimisi ABŞ-ı, kimisi Yunanıstanı, kimisi Hindistanı, kimisi də İranı özlərinə yeni "adaxlı" seçir. Bu dağılmış ölkədə "azad yaşamaq istəyirəm" deyən yoxdur. Budur bunların "şərəfi." Əsrlər boyu başlarını təpməyə "kölgə" axtarırlar. Rusiyanın "kölgəsindən" çıxmamış başqa "kölgələr" sevdasına düşüblər. Belə yerdə bizim babalarımız çox yaxşı deyiblər ki, it itliyini tərgidər, sümsünməyini yox...

Vəli İlyasov, "İki sahil"